Accessibility links

Ərəb ölkələri Liqasının sədri İsrail-Fələstin sülh danışıqlarının baş tuta bilməməsini mümkün sayır


Baş katib Amr Musa Ərəb ölkələri Liqasının Liviyada keçirilən sammitinin açılışında deyib ki, ərəb ölkələri İsrail və fələstinlilər arasında sülh danışıqlarının baş tuta bilməməsinə hazır olmalıdır

Ərəb ölkələri Liqasının başçısı deyib ki, ərəb ölkələri İsrail və fələstinlilər arasında sülh danışıqlarının baş tuta bilməməsinə hazır olmalıdır. Baş katib Amr Musa bu açıqlamanı bu gün Ərəb ölkələri Liqasının Liviyanın Sirta şəhərində sammitinin açılışı zamanı verib. İki gün sürəcək zirvə toplantısında müzakirələrin diqqət mərkəzində İsrail-Fələstin böhranı olacq.

BMT Baş katibi Ban Ki Mun bu gün zirvə görüşündə müraciət çıxışında liqaya üzv ölkələri sülh prosesini inkişaf etdirmək səylərinə dəstək verməyə çağırıb. Cənab Ban ərəb ölkələrinin xarici işlər nazirlərini israillilər və fələstinlilər arasında əsas problemlərin həllinə kömək etmək üçün müsbət təkliflər verməyə səsləyib. O deyib ki, iki dövlət prinsipinə nail olmağın yeganə yolu danışıqlardır.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG