Accessibility links

Həcc ziyarətinə gedənlər müqəddəs Məkkə ətrafındakı Ərafat dağına toplaşıb


Avqustun 10-da Həcc ziyarətinə gedənlər müqəddəs Məkkə ətrafındakı Ərafat dağına toplaşıblar.

Reuters və digər informasiya agentliklərinin məlumatına görə, bu il Ərafat dağına 2 milyonadək zəvvar toplaşıb.

Səudiyyə Ərərbistanından verilən rəsmi məlumata görə, ümumilikdə bu il ziyarətə dünyanın müxtəlif ölkələrindən 2 milyondan çox adam gəlib.

Zəvvarlar bir günü Ərafat dağında keçirəcəklər.

Avqustun 11-də isə şeytana daşatma mərasimi başlayacaq.

Bu, Qurban bayramının ilk günüdür.

Bu il Azərbaycanda Həcc ziyarəti üçün zəvvarlara ayrılan kvota tam dolaraq 1400 nəfər olub.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) açıqlamasına görə, bu il Qurban bayramı Azərbaycanda 12-13 avqust tarixlərində qeyd ediləcək.

Həcc ziyarətləri adətən Qurban bayramları vaxtı icra edilir.

İslamda Həcc ziyarəti vacib şərtlərdən sayılır.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG