Accessibility links

Aral dənizinin səhraya çevrilməsinin qarşısı necə alınır?


Aral dənizinin səhraya çevrilməsinin qarşısı necə alınır?
please wait

No media source currently available

0:00 0:01:51 0:00

Aral dənizinin səhraya çevrilməsinin qarşısı necə alınır?

Cəmi 50 il öncə Özbəkistan və Qazaxıstan sərhədində yerləşən Aral dənizi dünyanın dördüncü ən böyük gölü idi. Lakin bu gün bu dəniz daha çox səhradır. Ekologiya işçiləri gölün qalıqlarını xilas etməyə çalışır.

Vaxtilə bura Aral dənizi olub. Lakin Sovet dövrünün suvarma layihələri yavaş-yavaş gölün suyunu qurudub. Bu isə qısa müddətdə buraları səhralığa çevirib.

Bu gölətrafı Moynaq şəhəri indi səhra ilə əhatə olunub və xroniki quraqlıq illərlə bu problemi daha da artırıb.

Ekologiya işçiləri gölü xilas edə bilməsələr də, səhranın qarşısını almağa çalışırlar.

"Məqsədimiz Moynaq bölgəsindəki ətraf mühiti yaxşılaşdırmaqdır. Qaraqalpaq universitetinin tələbələri ağac əkməyə kömək edirlər. Bu gün biz burada gavalı, üzüm, alma, ərik və albalı əkdik,” Qaraqalpaq Dövlət Univetsitetindən Yakub Amedov deyir.

Minlərlə ağac və kol əkməyin məqsədi səhralığın artmasının qarşısını almaq və gölün dibinin zərəli duzlu qumunun atmosferə atılmasını dayandırmaqdır.

"Aral dənizindən yığılmış duz və kimyəvi maddələrin yayılmasının qarşısının alınmasının əsas yollarından biri ağac əkilməsi və qurumuş dəniz yatağından qumun çəkilməsidır," Aral dənizinin qorunması beynəlxalq fondundan Vadim Sokolov deyir.

Bu, gölün əbədi olaraq yox olacağına unikal bir nümunədir.

"Əvvəllər biz 5-10 min hektar əkirdik, indi üç ayda biz 500 min hektar əkmişik. Payızda bu işi davam etdirməyi planlaşdırırıq və bu ərazidə bir milyon hektara qədər əkməyi düşünürük. Bu isə qurumuş dəniz yatağının üçdə biri deməkdir,” Vadim sokolov deyir.

Komanda növbəti bir neçə il ərzində təxminən 10 min kvadrat kilometr ərazini ağac və kol ilə əhatə etməyi planlaşdırır.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG