Accessibility links

Aralıq dənizində yeni missiyaya start verilib


Refugees and migrants overcrowd a wooden boat during a rescue operation on the Mediterranean sea, about 19 miles north of Az Zawiyah, Libya on July 21, 2016.
Refugees and migrants overcrowd a wooden boat during a rescue operation on the Mediterranean sea, about 19 miles north of Az Zawiyah, Libya on July 21, 2016.

Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin Avropada təhlükəsiz sığınacaq tapmağa çalışan qaçqınların həyatını xilas etmək üçün bu gün Aralıq dənizində ilk axtarış və xilas gəmisi fəaliyyətə başlayıb.

Responder adlı gəmi Şimali Afrikadan İtaliyaya arasındakı su yoluna nəzarət edəcək. Son bir ildə bu ərazidə 3100 insan batıb.

Qırmızı Xaç Cəmiyyətinin İtaliya nümayəndəliyi qurumun beynəlxalq idarəçiliyinin dəstəyi ilə birgə missiya başladıb. Bu missiyaya Miqrant Ofşor Yardım müstəqil xeyriyya təşkilatı da qoşulub.

"Dəhşətli dərəcədə çox uşaq, qadın və kişi Aralıq dənizi vasitəsilə Avropaya keçirməyə çalışarkən boğulur" - deyə Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin baş katibi Elhadj As bildirib. O, bu gəminin insanların həyatını xilas etmək üçün ümid verdiyni dilə gətirib.

Responder-in hər ay 1100 insanı xilas edəcəyi gözlənilir.

XS
SM
MD
LG