Accessibility links

Araz çayının rəngi yaşıla dəyişib


İran Azərbaycanında sosial mediada paylaşılan video və şəkillərdə Araz çayının suyunun yaşıl rəng aldığı bildirilir. Bəzi sosial şəbəkə istifadəçiləri Araz çayının rəng dəyişmə səbəbini Ermənistan sənayesinin tullantılarını bu çaya axıtması il əlaqələndirirlər.

İRNA xəbər agentliyinin məlumatına görə, Xudafərin rayonunun meri Əli Əmir-Radın Araz çayında çirklənmənin baş verdiyini rədd edərək, çayın suyunun yaşıl rəng almasını hava və iqlim dəyişikliyi nəticəsində yosunların artması ilə izah edib.

Muğan bölgəsinin Parsabad meri də Ermənistanın kimyəvi tullantılarının Araza axıtdığı barədə deyilənləri rədd edib. O, sosial şəbəkə istifadəçiləri və fəallarından xahiş edib ki, xəbər yaymazdan öncə onun dürüstlüyünü təsdiq etsinlər.

İki il əvvəl Araz çayında kütləvi şəkildə balıqların ölməsindən sonra da Ermçənistanın üvnanına ittihamlar səsləndirilmişdi. Şərqi Azərbaycan vilayətinin ətraf mühit direktoru isə balıqların ölümünün başqa səbəbdən qaynaqlandığını bildirmişdi.

İranın Energetika Nazirliyinin Çaylar və Müştərək su Qaynaqları Bürosunun baş direktoru Cabbar Vətənfəda iki il öncə Araz çayının suyunda tədqiqatlar nəticəsində ağır metalların olduğunu bildirmişdi.

16-cı Milli Hidrolik konfransında danışan Vətənfəda İran və Ermənistan sərhədində və Ermənistan ərazisində bir neçə mis mədəni və fabrik olduğunu və bu fabriklərin tullantılarının bir qisminin Araz çayına axıdıldığını bildirmişdi.

Biləsuvar və Parsabad rayonlarının İran parlamentindəki millət vəkili Şəkur Purhüseyn 3 il öncə bölgədə xərçəng xəstəliyin çoxalmasının səbəbini Ermənistan sənayesinin kimyəvi tullantılarını Araz çayına axıtması nəticəsində baş verdiyini bildirmişdi.

"Təəccüblənirəm ki, aylarca mediada bu haqda xəbərdarlıqlar edilməsinə baxmayaraq, hökümət bu mövzünün həlli üçün heç bir addım atmayıb. Biz istəyirik ki, hökümət Ermənistanın öhdəlik qəbul etməsi üçün ciddi addımlar atsın," o söyləmişdi.

Şərqi Azərbaycan vilayətinin Kənd Təsərrüfatı və Təbii Sərvətlər Araşdırma və Tədris Mərkəzinin müdiri Əhməd Baybordi noyabrın 13-də Twitter hesabında tədqiqatlar nəticəsində Araz çayının suyunda Ermənistandan qaynaqlanan çirkab sularından dolayı alüminiumun yüksək konsentrasiyasının müəyyən edildiyini bildirib.

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG