Accessibility links

Araz Əzimov Azərbaycanın ABŞ-la münasibətləri və Dağlıq Qarabağ sülh danışıqları haqda fikirlərini paylaşdı


Araz Əzimov Azərbaycanın ABŞ-la münasibətləri və Dağlıq Qarabağ sülh danışıqları haqda fikirlərini paylaşdı
Araz Əzimov Azərbaycanın ABŞ-la münasibətləri və Dağlıq Qarabağ sülh danışıqları haqda fikirlərini paylaşdı

Dekabrın 22-də Vaşinqtonda yerləşən Atlantika Şurasında Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov Azərbaycanın xarici siyasəti və Dağlıq Qarabağ sülh danışıqlarının gedişatı barədə çıxış edib. Amerikanın Səsinin məlumatına görə, ABŞ-Azərbaycan münasibətləri və Cənubi Qafqazda Durum” başlığı altında keçirilən tədbirdə cənab Əzimov rəsmi Bakı ilə Vaşinqton arasında əlaqələrin inkişafından və Azərbaycanın Avro-Atlantik məkana inteqrasiyasından söz açıb. Azərbaycan rəsmisi müstəqillik əldə ediləndən bəri əldə olunan nailiyyətlərə və qarşıda duran problemlərə toxunub.

Cənab Əzimovu tədbir iştirakçılarına təqdim edən ABŞ-ın Azərbaycandakı sabiq səfiri Ross Vilson hələ Bakıda olarkən natiqlə sıx münasiətlər saxladığını və iki ölkə arasındakı rəsmi rabitədə cənab Əzimovun mühüm rol oynadığını qeyd etdi. O, 1991-ci ildə Azərbycan müstəqilliyini qazandıqdan sonra uzun yol keçməsinə və ölkədə baş vermiş əsaslı dəyişikliklərə diqqət yetirdi. Cənab Vilson ötən illər ərzində Dağlıq Qarabağ münaqişəsinin həll yolunu tapmamasından narahatlığını ifadə etdi və ümid etdiyini bildirdi ki, Araz Əzimov Azərbaycanın danışıqlarda rəsmi mövqeyinə aydınlıq gətirəcək.

Cənab Əzimov 1991-ci ildə Azərbycanın müstəqilliyinin regional və qlobal qüdrətlər tərəfindən tanınmasından bəri ABŞ-ln Azərbaycanın xarici siyasətində tutduğu önəmli mövqeyi qeyd etdi. Azərbaycan rəsmisi Vaşinqtonla əməkdaşlıqda, ələlxüsus enerji, anti-terror səyləri və narkotik qaçaqmalçılığa qarşı mübarizədə ciddi uğurlar qazanıldığını bildirdi. Eyni zamanda cənab Əzimov əlaqələrin inkişafı üçün mövcud olan imkanlardan danışdı. O, ABŞ-ın regionda aktiv rol oynamasını müsbət faktor kimi dəyərləndirərək bu əməkdaşlığın hər iki ölkə üçün faydalı olacağını qeyd etdi.

Azərbaycanın xarici siyasətdəki prioritetlərini forum iştirakçılarına təsvir edən cənab Əzimov ölkənin Şərqlə Qərb arasında tutduğu mühüm rola diqqət yetirdi. Müsəlman çoxluğa malik Azərbaycan İslam ölkələləri arasında mötədil xarakterinə görə tanınır. Avro-Atlantik məkana inteqrasiyaya can atan Azərbaycan müsəlman şərqi ilə əlaqələri inkişaf etdirmək istəyən Qərb alyansı üçün körpü rolunu oynaya bilər, deyə xarici işlər nazirliyinin təmsilçisi bildirdi.

Amerikanın Səsinin məlumatına görə, çıxışının böyük qismini cənab Əzimov Dağlıq Qarabağ sülh danışıqlarının gedişatına həsr etdi. Azərbaycanın müstəqilliyi ilə bərabər Dağlıq Qarabağ münaqişəsinin həll edilməsinə yönəlik ATƏT Minsk Qrupunun fəaliyyəti də iyirminci ildönümünə qədəm qoyur. Bu müddət ərzində Rusiya, ABŞ və Fransadan ibarət vasitəçi qrup tərəfləri bir-birinə yaxınlaşdırmaq üçün səylər göstərib. Lakin, Əzimovun sözlərinə görə, təssüüf ki, bu səylər müsbət nəticə verməyib. Lakin, Əzimovun sözlərinə görə, təssüf ki, bu səylər müsbət nəticə verməyib. ATƏT Minsk Qrupunun effektivliyi haqda ətraflı danışan cənab Əzimov qrup həmsədrlərini məsələyə daha məsuliyyətlə yanaşmağa və ardıcıllıq göstərməyə səslədi. O, fransalı həmsədr Bernard Fasiyenin Azərbaycan nümayəndələrinə bir şey, Ermənistanda isə tamam fərqli bəyanat verməsinin konstruktiv olmadığını söylədi. Bütün mövcud problemlərə baxmayaraq Azərbaycan rəsmisi ATƏT Minsk qrupuna hələlik alternativ görmədiyini söylədi. O, ATƏT-in qocaman beynəlxalq təşkilat olaraq böyük nüfuza malik olduğunu, bütün millətlərin hüquqlarına müdafiə etmək yönümdə öz üzərinə öhdəlik götürdüyünü və sülh danışıqlarının aparılması üçün effektiv mexanizmə malik olduğunu vurğuladı.

Cəbhə xəttində atəşkəs rejiminin hökm sürməsini müsbət amil kimi dəyərləndirən Araz Əzimov Ermənistanın danışıqlarda tutduğu mövqedən gileyləndi. O, erməni tərəfin Azərbaycanın ərazi bütövlüyünü prinsipcə qəbul etməməsini tənqid etdi və rəsmi Bakının mövqeyini beynəlxalq hüquq normaları ilə əsaslandırdı. Cənab Əzimov Azərbaycan torpaqlarının işğal altında olmasını tədbir iştirakçılarının diqqətinə çatdıraraq bu yönümdə beynəlxalq vasitəçiləri fəallıq göstərməyə və Ermənistanı lazımi güzəştlərə getməyə çağırdı.

XS
SM
MD
LG