Demək olar bir əsr öncə salınan Arches Milli Parkı indi amerikalılar və bütün dünyadan gələn turistlərin ziyarət etdiyi ən populyar məkanlardan biridir. Parkda 2 mindən çox təbii arkalar, bundan əlavə isə yüzlərlə yüksək zirvə və böyük qayalar var.
Üç Qeybət, Fillərin Paradı, Şimal Pəncərə, Orqan, Babil Qülləsi...
Indiana Jones and the Last Crusader filminin başlanğıncında gənc İndiana Boy Scout qoşunları ilə birlikdə buradan keçir. Bura hər kəsin asanlıqla gələ biləcəyi yerdir. Parka gələn insanların çoxu həmin səhnəni xatırlayır.Li Ferquson
Bunlar Birləşmiş Ştatların ən məşhur milli parklarından biri Olan Arches-dəki iki min arkadan bəziləridir. Parkın Marsa bənzər topoqrafiyası bir neçə milyon il əvvəl burada baş verən tektonik dəyişikliklər nəticəsində yaranıb. Külək isə qumdaşılarını özünəməxsus formaya salıb. Burada elə bir hiss yaranır ki, sanki zaman dayanıb.
Arches Milli Parkının ərazisi 300 kvadrat kilometrdir.
Ən məşhur arka 18 metrlik Delicate (Zərif) Arkadır. O parkda ən çox ziyarət olunan arkadır və onun şəkli Yuta ştatının avtomobil nişanlarının üzərində təsvir olunub. 2002-ci ildə Solt Leyk Sitidə keçirilən Qış Olimpiya Oyunları zamanı, Olimpiya məşəli bu arkanın altından keçirilib.
“Məncə bu qayaların hekayələri var. Necə yarandıqlarına dair hekayələr məsələn. Əgər onlara yaxından baxsanız, onlar sizə dünyanın onların yarandığı dövrdəki və son bir neçə milyon il ərzindəki vəziyyəti barədə xəbər verə bilər,” deyə Li Ferquson bildirir.
Arches Milli Parkın ərazisi 300 kvadrat kilometrdir. Parkda ilk olaraq Park Avenue Viewpoint-inə daxil olursunuz. 1988-ci ildə Stiven Spilberq məşhur Indiana Jones and the Last Crusader filmində bu məkandan istifadə edib.
“Indiana Jones and the Last Crusader filminin başlanğıncında gənc İndiana Boy Scout qoşunları ilə birlikdə buradan keçir. Bura hər kəsin asanlıqla gələ biləcəyi yerdir. Parka gələn insanların çoxu həmin səhnəni xatırlayır,” Ferquson deyir.
Parkdakı arkaların çoxu çəhrayı qumdaşından yaranıb. Onların bəzilərinin strukturu iki-rənglidir. İkinci tərkib hissəsinin rəngi narıncıdır. Arkaların üzərində çoxrəngli layları görmək mümkündür. Park turistlər arasında çox populyardır. Onlar bura təkcə ətrafdakı gözəlliyi seyr etmək üçün deyil, həm də yürüş edib, zirvələrə dırmaşıb, ətrafı təqdiq etmək üçün gəlir.
“Çoxları bəlkə də daha öncə gördüyü nəyi isə axtarır. Məsələn hardasa gördüyü bir mənzərəni və bura gəlib eyni mənzərənin şəklini çəkmək istəyir. Digərləri isə daha öncəki ziyarətlərinə çəkdiləri şəkilləri yenidən çəkmək istəyirlər,” deyə Ferquson bildirir.
Arches parkı1929-cu ildə açılıb. İlk ilində parkı sadəcə 500 nəfər ziyarət edib. İndi isə bura hər il bir milyondan çox ziyarətçi gəlir. Hər kəs burada yeni nə isə kəşf edir. İllərdir burada işləyən Park renceri Li Ferquson hələ də parkın gözəlliyinə heyrandır.
“Mənim buradakı təbiətlə xüsusi əlaqəm var. Mən bir neçə ildir burada yaşayıram və buradakı bütün bitkilərin mənim dostlarım olduğunu düşürəm,” o deyir.
Ferquson da bir çoxları kimi inanır ki, Arches kimi milli parklarıp təkcə gözəl olduqları və yerli ekosistemi qoruyub saxlamaq üçün deyil, Amerikanın milli xəzinələri olduğu üçün qorumaq vacibdir.