Accessibility links

Ərdəbildə 14 aydır maaş almayan fəhlələrin etiraz aksiyaları davam edir


Aylardır mitinqlər keçirib və müxtəlif dövlət qurumlarına müraciət etdikdən sonra hər hansı bir nəticə ala bilməyən ərdəbilli fəhlələr mitinq keçirməkdə davam edirlər.

İran xəbər agentliklərinin bildirdiyinə görə, Ərdəbil dəmir əritmə zavodu fəhlələrinin 14 aylıq maaşı ödənməyib.

ILNA agentliyinə istinadən, maaşlarını ala bilməyən fəhlələrin sayı təqribən 400 nəfərdir. Onlar keçən bir il ərzində dəfələrlə Ərdəbil valiliyi binası önündə aksiya təşkil ediblər.

Ərdəbil valisi Məcid Xudabəxşin bu xüsusda heç nə edə bilmədiyini söyləməsi ardından, Ərdəbilli işçilərin növbəti mitinqi fevralın 26-da vilayətin Əmək və Sosial Müdafiə İdarəsi önündə təşkil olunub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG