Accessibility links

Ərdəbil telekanalında türkcə xəbər proqramının dayandırılmasına geniş etiraz


İran xəbər agentliklərinin verdiyi məlumata görə, Ərdəbil vilayəti telekanalının ən çox izlənilən proqramı olan türkcə xəbər proqramının yayımdan çıxarılması əhalinin geniş etirazına səbəb olub.

Bir çox yerli internet qəzeti və Fars xəbər agentliyi bu barədə məlumat yayıb.

Yerli jurnalist Məhəmməd Əsgərinin “Fars” üçün hazırladığı reportajda belə yazılır:

“Türkcə olduğu üçün əhali tərəfindən ən çox izlənilən və hər axşam saat 5-də yayımlanan xəbər proqramı məlum olmayan səbəblər üzündən bir müddətdir yayımdan çıxarılıb. Buna etiraz edən ərdəbilli vətəndaşlar vilayət telekanalı məsullarından açıqlama tələb edirlər.”

Xəbər agentliyi həmçinin yerli kanalda “düzgün türkcə yerinə 99 faiz sözlərinin farsca olduğu və sadəcə fellərin türkcə olduğu bir dil”dən istifadə edilməsinə etiraz olaraq Ərdəbil valisinin ötən aylarda ifadə etdiyi sözlərinə də yer verib.

İran Azərbaycanının müxtəlif vilayətlərində hökümətə yaxın bəzi siyasətçilər də yerli kanallarda türk dilində düzgün proqramların olmamasına etiraz edirlər. Onların dediyinə görə, bu problemlər əhalinin yabancı ölkələr, xüsusilə Türkiyə kanallarına diqqət göstərməsinə yol verir.

Dünyaya Baxış

Dünyaya Baxış. Aleksey Navalnı Saxarov Mükafatına layiq görülüb
please wait

No media source currently available

0:00 0:11:19 0:00

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG