Accessibility links

Ərdəbil Həbsxanasında saxlanılan siyasi məhbus Əfşar Mühib aclıq aksiyasına başlayıb


Ərdəbil Həbsxanasında saxlanılan milli fəal Əfşar Muhib müvəqqəti azadlıq tələbi ilə aclıq aksiyasına başlayıb.

İnsan hüquqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin yaydığı məlumata əsasən, yanvarın 2-də siyasi fəal Əfşar Muhib ailəsi ilə qurduğu telefon əlaqəsində aclıq aksiyasına başladığını bildirib.

Məhkəmə müstəntiqi güneyli siyasi məhbusun müvəqqəti azadlığa buraxılması tələbinə etiraz edib.

İran Azərbaycanın Ərdəbil şəhərinin sakini olan türk fəal Əfşar Muhib, dekabr ayının 22-də Ərdəbil Umumi və İnqilab Prokurorluğunun 3-cü şöbəsinə müraciət edib, "İran İslam Respublikasına qarşı təbliğat aparmaq"da ittiham olunub və oradan Ərdəbil Həbsxanasına köçürülüb.

Əfşar Muhib ötən ilin yanvar ayının 24-də kəşfiyyat agentləri tərəfindən həbs edilmiş və nəzarət altına alınmışdı.

O, indiyədək dəfələrlə dinc fəaliyyətlərinə görə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və İran məhkəmələrində mühakimə olunub.

Şərhlərə bax

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken və Lavrov Ukrayna gərginliyi ilə əlaqədar görüş keçirib
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG