Accessibility links

Kosovolu Ardit Ferizi ABŞ federal məhkəməsi qarşısına çıxarılıb


Kosovolu Ardit Ferizi ABŞ federal məhkəməsi qarşısına çıxarılıb. O, mindən artıq hərbi qulluçu haqda İŞİD-ə məlumat vermək və kompüterlərin hakinqinə görə ittiham edilir.

Ferizi günahkar tanınsa onu 35 ilədək azadlıqdan məhrumiyyət gözləyir.

O, Malayziyada oktyabr ayında ələ keçirilib və daha sonra ABŞ-a ekstradisiya edilib.

Federal prokurorluq onun "Th3Dir3ctorY" ləqəbi altında Kosovonun Hakerlər Təhlükəsizliyi adlanan internet qrupuna rəhbərlik etdiyini bildirir.

Ardit Ferizi 1351 hərbi qulluqçu və federal işçi haqda məlumatı İslam Dövlətinə ötürməkdə günahlandırılır.

Avqust ayında İŞİD-in Cüneyd Hüseyn adlı üzvü Twitter mesajında əhatəli məlumatlar əldə edildiyini yazmışdı. "Biz sizing elektron poçtlarınız və compüter sistemindəyik. Hər bir hərəkətinizi izləyirik. Bizdə sizin adlarınız və ünvanlarınız var. Allahın köməyi ilə bu yaxınlarda sizing boynunuzu öz torpaqlarınızda qıracağıq"-deyə yazıda bildirilmişdi.

Daha sonra hərbi personalın adları və telefon nömrələrinin siyahısı açıqlanmışdı. İndiyədək kiminsə bundan birbaşa zərər çəkdiyi məlum deyil.

XS
SM
MD
LG