Accessibility links

Argentinada itkin düşən sualtı qayığın axtarışları davam edir


Argentina donanması çərşənbə günü yoxa çıxan 44 ekipaj üzvünü daşıyan sualtı qayığın axtarışlarını intensivlədirdiyini, lakin axtarış səylərinin güçlü küləklər və altı metr hündürlüyündə dalğalar səbəbilə ləngidiyini bildirib.

Donanmanın Argentinanın cənubundakı hərbi-dəniz bazasındakı missiyasından Mar Del Platamanddakı bazasına dönən Almaniya istehsalı dizel-elektrik mühhərikli sualtı qayıqla əlaqəsi kəsilib.

Baza komandiri admiral Qabriel Qonzalez deyib ki, pis hava şəraitinə baxmayaraq, hərbi dəniz qüvvələri suyum həm üstü həm də altındakı axtarış səylərini artırır və okeanın dibinə düşməyə hazırlaşır.

Cümə günü hava və dəniz axtarışlarına başlayan donanma qayığın son bilinən mövqeyində aparılan axtarışlar heç bir nəticə verməyib.

Argentina rəsmiləri Birləşmiş Ştatların axtarışlara yardım etmək təklifini qəbul etdiklərini bildirib. Uşuaiada yerləşdirilən NASA-nın P-3 kəşfiyyatçı təyyarəsi Argentinanın hərbi təyyarlərinin ərazi üzərinə apardığı axtarışlara qoşulub. Cüə günü ABŞ-ın Cənubi Komandanlığı P-8A Poseidon təyyarəsinin də El Salvadordakı hava bazasını tərk edəər axtarışlara qoşulduğunu bildirib.

Argentina donanmasının komandiri Karlos Zavala ekipaj üzvlərinin ailələri və dostlarını ümidlərini itirməməyə çağırıb.

Əslən Argentinadan olan Papa Fransiz öz dəstəyini bildirib. O, ekipaj üzvlərinin tezliklə sağ-salamat evlərinə dönmələri üçün dua etdiyini deyib.

Donanma sualtı qayıqda rabitə problemlərinə elektrik kəsilməsinin səbəb olduğunun güman olunduğunu bildirib. Donanma protokoluna əsasən rabitə kəsildiyində sualtı qayıqlar suyun üzərinə çıxmalıdır.

XS
SM
MD
LG