Accessibility links

Argentinanın sualtı qayığının axtarışına beynəlxalq komanda qoşulub


Argentinanın hərbi dəniz qüvvələrinin məlumatına görə, keçən həftə itmiş sualtı qayığın axtarışına beynəlxalq komanda qoşulub.

Qüvvələrin sözçüsü intesiv axtarışların 7 ölkənin təyyarələri və gəmilərinin yardımı ilə 3 dəfə artdığını bəyan edib.

Onun sözlərinə görə, sualtı qayıqla son bağlantı zamanı qayığın mexaniki nazaslığından bəhs edilmişdi. Hazırda Buenos-Ayresdən 400 km-likdə yerləşən Mar Del Plataya heyət göndəriləcək.

Braziliya, Çili, Uruqvay, Peru, Amerika və Britaniya axtarışlara qatılıb.

ABŞ sualtı xilas komandası ilə bərabər NASA-nın sualtı qayıqların axtarışında istifadə edilən xüsusi təyyarəsini göndərib.

Şənbə günü alınan 7 siqnalın sualtı qayıqdan alınmadı bildirilib.

Hava şəraitinin pisləşməsi axtarış əməliyyatlarını çətinləşdirib. Axtarış bölgəsində küləyin sürəti 74km-saat, dalğaların hündürlüyü isə 8 mertə çatır.

44 ekipaj üzvünü daşıyan sualtı qayıq çərşənbə günü yoxa çıxıb.

XS
SM
MD
LG