Accessibility links

Argentina Rusiyadan daha çox COVID-19 peyvəndi almağa hazırlaşır


Argentinanın çərşənbə axşamı COVID-19-a qarşı Rusiya peyvəndinin yeni partiyasını almağa hazırlaşır. Bu, Vitse-Prezidenti Kristina Fernandez de Kirçnerin Sputnik V peyvəndi ilə vaksinasiya olunmasından bir neçə gün sonraya təsadüf edir.

Prezident Alberto Fernandezə peyvəndin ilk dozası verildikdən üç gün sonra Vitse-Prezidentə də peyvənd vurulub.

Argentina ölkə vətəndaşlarını istehsalçıların COVID-19-a qarşı 90%-dən çox təsirli olduğunu iddia etdiyi Sputnik V peyvəndi ilə vaksinasiya etməyə başlayan ən böyük ölkələrdən biridir.

Argentina peyvəndləmə proqramını əhalinin daha geniş bir hissəsinə genişləndirərək, Sputnik V vaksininin yaşı 60 və daha yuxarı olan insanlar üçün istifadəsini ötən həftə təsdiqləyib.

Ölkədə həmçinin AstraZeneca əczaçılıq şirkəti və Oksford Universiteti tərəfindən birgə hazırlanan peyvəndin ilk partiyasını gözləyir.

Cənubi Amerika ölkəsi Pfizer-BioNTech peyvəndinin alınması üzərində çalışır və eyni zamanda Ümumdünya Səhiyyə Təşkilatının rəhbərlilyi altında olan Covax bərabər vaksin paylanması sistemindən istifadə imkanını saxlayır.

Cons Hopkins Universitetinin Koronavirus Resurs Mərkəzinin məlumatına görə, bu günə qədər Argentinada 1,8 milyondan çox təsdiqlənmiş yoluxma və 47, 034 ölüm halı qeyd alınıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken Avropa müttəfiqləri ilə danışıqlar üçün Almaniyadadır
please wait

No media source currently available

0:00 0:14:30 0:00
XS
SM
MD
LG