Accessibility links

Argentinanın vitse-prezidentinə sui-qəsd cəhdi olub


Argentinanın Vitse-Prezidenti Kristina Fernandez
Argentinanın Vitse-Prezidenti Kristina Fernandez

Argentinanın vitse-prezidenti Kristina Fernandes de Kirşner sui-qəsd cəhdindən sağ çıxıb.

Hücum edən şəxs cümə axşamı yaxın məsafədən onun tərəfə silahı doğruldub, lakin atəş açılmayıb.

Prezident Alberto Fernandez milli televiziya ilə çıxışında deyib ki, “Bir kişi odlu silahı onun başına doğruldub və tətiyi çəkib”.

Uğursuz cəhdi göstərən videoda silahın az qala Kristina Fernandezin üzünə toxunduğu görünür.

Hadisə, vitse-prezidentin 2007-15-ci illərdə Argentinanın prezidenti olduğu dövrdən irəli gələn korrupsiya iddiaları ilə üzləşdiyi məhkəmədən bir gün sonra evə qayıdan zaman tərəfdarlarının əhatəsində olduğu vaxt baş verib. O, bütün ittihamları rədd edib.

Prezident Fernandez sui-qəsdin 1983-cü ildə demokratiyanı bərpa edəndən bəri ən ciddi hadisə olduğunu deyib.

“Razılaşmaya bilərik, dərin fikir ayrılıqlarımız ola bilər, lakin nifrət nitqi baş tuta bilməz, çünki bu, zorakılıq doğurur və zorakılığın demokratiya ilə yanaşı yaşaması şansı yoxdur”.

Rəsmilər silahlı şəxsi həbs edib, lakin onun şəxsiyyətini açıqlamayıblar.

XS
SM
MD
LG