Argentina və Uruqvayda bazar günü kütləvi elektrik kəsilməsi nəticəsində 44 milyon insan elektrik enerjisiz qalmışdı. İndi isə artıq hər iki ölkədə elektrik yavaş-yavaş bərpa olunur. Elektrik enerjisinin kəsilməsinə ölkələrin birgə elektrik şəbəkəsində yaranan naməlum nasazlıq səbəb olub.
Argentina rəsmiləri bazar günü bir neçə Cənubi Amerika ölkəsinə təsir göstərən elektrik kəsilməsi ilə bağlı təhqiqat aparır. Elektrik kəsilməsinə Paraqvaydakı su elektrik stansiyasındakı generatorların qəflətən sönməsi səbəb olub. Nəticədə Argentina və Uruqvay, eləcə də Paraqvay, Braziliya və Çilinin bəzi hissələrində işıqlar sönüb.
“Səhər saat yeddidə zülmət qaranlıq idi və yalnız yoldan keçən maşınların işıqlarınıgörmək mümkün idi, başqa heç nə görmək olmurdu. Hər yer qaranlıq idi” – deyə, kiosk sahibi Roberto Villela bildirib.
Elektrik kəsintisi bazar günü ərazidəki milyonlarla insanın planlarını pozub.
“Mən dostumla yemək yeməyə gedirdim, amma biz hər şeyi təxirə salmağa məcbur olduq, çünki metro yox idi, heç nə işləmirdi. İşıqların kəsilməsi çox sayda çətinlik yaradır. Bundan əlavə bu gün Atalar Günüdür. Mən yenicə qonşumla danışdım və o mənə dedi ki, oğulları onunla görüşə bilməyəcək” – deyə, Buenos Ayres sakini Lukas Akosta bildirir.
Elektriklərin kəsilməsi həmçinin bazar günü fəaliyyət göstərən bizneslərə, o cümələdən restoranlar və ərzaq dükanlarına təsir göstərib.
“Elektrik olmadığı üçün meyvə və tərəvəzlər rütubətlik səbəbilə həmişəkindən daha tez xarab olur”- Montevido sakini Marselo Santos bildirib.
Bazar günü axşam saatlarında Argentina və Uruqvayın bəzi hissələrində elektrik enerjisi bərpa olunsa da, problem həll olunmayıb.
“Elektrik gedib-gəlir və heç də sabit deyil. Ümid edirik ki, onu bərpa edəcəklər”, Montevidoda mağaza meneceri Analia Moreira söyləyib.
Elektrik olmadığı üçün meyvə və tərəvəzlər rütubətlik səbəbilə həmişəkindən daha tez xarab olurMarselo Santos
Paraqvay rəsmiləri deyib ki, elektrik kəsintisi bazar günü Argentina şəbəkəsində Yasireta su elektrik stansiyasındakı bütün generatorların sönməsinə səbəb olan hadisə ilə başlayıb.
Argentinanın prezidenti Maurisio Makri tvit ataraq söyləyib ki, elektriyin kəsilməsinə sahil ötürmə sistemindəki nasazlıq səbəb olub. O bu nasazlığın əsaslı qaydada təhqiq olunacağına söz verib.
Daha öncə görülməmiş elektrik kəsintisi regional şəbəkənin yerli sistemdəki nasazlıqlara açıq olduğunu vurğulayıb.