Ariana Qrandey İngiltərənin Mançester şəhərindəki konsertində baş vermis hücumdan sonra müğənni təhlükəsizlikdə, Floridadakı evindədir.
Müğənnini deyilənə görə ailə üzvləri və sevgilisi Mak Miller qarşılayıb. Artıq Amerikada olmasına baxmayaraq, İngiltərədə baş vermis hücum və 22 nəfərin öümü, 59-dan çoxunun yaralanması hələ də ona rahatlıq vermir.
Us Magazine-ə istinadən “Ariana hələ də təsəlli tapa bilmir. Onun qəlbi sınıb. O, baş vermis hadisəyə inana bilmir. O, bütün gecəni rəqqasları ilə birgə ağlayır, pərəstişkarlarını necə sevdiyini deyir.”
İndi Ariana qastrol səfərini dayandırıb və hadisə qurbanları və onların ailə üzvlərinə diqqət ayırmaq istəyir.
Amma TMZ yazır ki, Keti Perri, Lord və Çeynsmokers qrupu da daxil olmaqla bir çox müğənni terrorun onları qorxutmalarına və bu qorxunun onları susdurmalarına imkan vermək istəmir və İngiltərədə BBC Radio-da 1`s Big Weekend Hull 2017 konsertində iştirak etməyi planlaşdırdıqlarını bildirib.
Sözsüz ki, budan sonra konsertlərdə təhlükəsizlik tədbirləri gücləndiriləcək.