Accessibility links

Arif Əliyev: Azərbaycanda medianın siyasi çəkisi biznesdən üstündür


Arif Əliyev
Arif Əliyev

Bakı Mətbuat Klubunun rəhbəri Amerikanın Səsinə müsahibəsində `Şərq Tərəfdaşlığı` media konfransından danışıb

Riqada Avropa Komissiyasının təşkil etdiyi `Şərq Tərəfdaşlığı Media Konfransı 2019: Biznes və Davamlılıq` forumu işinə başlayıb.

Tədbir Avropa İttifaqının Xarici Əlaqələr Xidməti və Latviya Xarici İşlər Nazirliyi ilə birgə təşkil edilib.

Konfrans `Şərq Tərəfdaşlığı` proqramının 10 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində keçirilir. Tədbirdə Avroa İttifaqı tərəfdaş ölkələrdən 100-dən çox nümayəndə iştirak edir.

"Şərq Tərəfdaşlığı" media konfransı
"Şərq Tərəfdaşlığı" media konfransı

Konfransda iştirak edən Bakı Mətbuat Klubunun rəhbəri Arif Əliyev Amerikanın Səsinə müsahibəsində bildirib ki, konfransda biznesin tətbiqinin daim dəyişməsi, media müxtəlifliyi şəraitində `Şərq Tərəfdaşlığı` ölkələrində müstəqil, peşəkar jurnalistikanın maliyyə dayanıqlığına nail olmağın perspektivləri müzakirə edilir.

Arif Əliyev: Medianın siyasi çəkisi biznesdən üstündür
please wait

No media source currently available

0:00 0:04:18 0:00


Bölgədəki qabaqcıl təcrübənin mübadiləsinə, həmçinin əməkdaşlığa və KİV-ə beynəlxalq dəstəyin effektivliyinin artırılması yollarına xüsusi diqqət yetirilir.

`Şərq Tərəfdaşlığı` ölkələrindən qismən Ukraynada media bizdən fərqlidir. İkinci, fərq daha çox Gürcüstanda özünü göstərir. Azərbaycan, Ermənistan, Belarus və Moldovada medianın biznes tutumu daha zəifdir.
Arif Əliyev, Bakı Mətbuat Klubunun rəhbəri


“Bu ilki konfransın foksu media və biznesdir. Yəni medianın biznes əsasları necə qurulur, ortaq cəhətlər və problemlər nədir? Müzakirələrin məqsədi donorların 2020-ci ildən sonra `Şərq Tərəfdaşlığı` ölkələrində media siyasətində dəyişikliklər etməkdir.”

Əliyev hesab edir ki, `Şərq Tərəfdaşlığı` ölkələrində medianı hələ biznes sahəsi hesab etmək mümkün deyil.

“`Şərq Tərəfdaşlığı` ölkələrindən qismən Ukraynada media bizdən fərqlidir. İkinci, fərq daha çox Gürcüstanda özünü göstərir. Azərbaycan, Ermənistan, Belarus və Moldovada medianın biznes tutumu daha zəifdir. Bununla yanaşı, Belarusda son dövrlərdə müəyyən dəyişikliklər hiss olunur. Amma, bütövlükdə götürəndə `Şərq Təqəfdaşlığı` ölkələrində media biznes sahəsi deyil, biznes sahəsi kimi formalaşmayıb. Bütün üzv ölkələrdə medianın siyasi çəkisi biznesdən üstündür. Bu ölkələrdə mediada reklam pullarının tutumu daha azdır,” o qeyd edib.

Əliyevin dediyinə görə, konfransın əsas nəticələri belədir: “Mediaya dövlət yardımları azaldısın, medianın biznes əsasları möhkəmləndirilsin, medianın müstəqilliyi üçün daha geniş imkanlar yaradılsın, mediaya yardımlar instisional xarakter daşısın və daha uzun müddətli olsun.”

Mətbuat klubunun rəhbərinin fikrincə, artıq medianın iqtisadi əsaslaırnda da dəyişikliklər baş verməkdədir.

“Medianın iqtisadi əsasında rekalma dayanıqlığı daha çox internet və sosial şəbəkələrə istiqamətlənməklə əvəzlənməkdədir. İndi bu kontent medianın gəlirlərində əsas rol oynamağa başlayıb. İnternet və sosial şəbəkə iştirakçılarının mediaya daha çox istinad etməsi medianın iqtisadi əsaslarında əsas rol oynayır,” Əliyev deyib.

"Şərq Tərəfdaşlığı" media konfransı
"Şərq Tərəfdaşlığı" media konfransı

Konfrans təşkilatçıları hesab edir ki, KİV nümayəndələri auditoriyanın yaradılması və saxlanması üçün daha çox kreativlik və texnoloji nou-hau nümayiş etdirməlidirlər.

Ekspertlər dezinformasiyanın asan və pulsuz əldə edildiyini qeyd edib. Konfrans təşkilatçıları əmindirlər ki, məhz bu şəraitdə müstəqil KİV-in ehtiyaclarını öyrənmək çox vacibdir.

“Bütün regiondan peşəkarlar arasında geniş qabaqcıl təcrübə mübadiləsi həll yollarının axtarışında mühüm addımdır. Odur ki, beynəlxalq donorlar üçün “Şərq Tərəfdaşlığı” ölkələrindən olan müxtəlif KİV-lərin uğurlu təcrübəsini diqqətlə dinləmək vacibdir,” konfrans təşkilatçıları belə hesab edir.

XS
SM
MD
LG