Accessibility links

Arif Hacılı: "Hakimiyyət nəhayət cəmiyyətlə hesablaşmaq zərurətini dərk edib"


Arif Hacılı: Azərbaycan hakimiyyəti nəhayət cəmiyyətlə hesablaşmaq zərurətini dərk edib. Amma…
please wait

No media source currently available

0:00 0:05:45 0:00

Müsavat Partiyasının başqanı Arif Hacılının Amerikanın Səsinə müsahibəsi

Müsavat Partiyasının başqanı Arif Hacılı Amerikanın Səsinə müsahibəsində hökumətin islahat kimi təqdim etdiyi son addımlar, eləcə də müxalifət və iqtidar dialoqunun mümkünlüyü barədə danışıb.

Amerikanın Səsi: Hökumətin islahat kimi təqdim etdiyi son addımalara münasibətiniz necədir?

Arif Hacılı: Əslində islahatlar, dəyişikliklər haqqında, yalnız, fikirlər səsləndirilir. Hər hansı real dəyişikliklər mövcud deyil. Real islahatlar üçün ölkədə qanunvericilik, siyasi, iqtisadi sahələrdə islahatlar keçirilməlidir. Biz hələlik bunun şahidi olmuruq.

Amerikanın Səsi: Müxalifətin mitinq taktikasının hökumətin daxili və xarici siyasətinə təsirləri ilə bağlı səsləndirilən firkirlər nə qədər realdır? Hökumətin siyasətində real dəyişikliklər görünürmü?

Real dəyişikliklərin olması üçün vətəndaşların fundamental hüquqları təmin olunmalıdır.

Arif Hacılı: Əhalinin narazılığı, cəmiyyətdə fəallığın artması, eyni zamanda kütləvi aksiyalar hakimiyyətin siyasətinə təsir edir. Xarici siyasətə nə qədər təsir etdiyini deyə bilmərəm, amma hər halda Azərbaycan hakimiyyəti nəhayət cəmiyyətlə hesablaşmaq zərurətini dərk edib və hiss olunur ki, bundan əvvəlki təkkəbürlü siyasət bir qədər dəyişib. Ancaq bir daha qeyd edirəm ki, real dəyişikliklər yoxdur. Real dəyişikliklərin olması üçün vətəndaşların fundamental hüquqları təmin olunmalıdır. İlk növbədə siyasi məhbuslar azadlığıa buraxılmalıdır. Söz və ifadə azadlığı təmin olunmalıdır. Bu məqsədlə mövcud olan televiziyalarda müxalif fikrin səslənməsinə, fərqli fikrin səslənməsinə imkan yaradılmalıdır. Mətbuat üzərinə basqılar götürülməlidir. Sərbəst toplaşmaq azadlığı təmin olunmaldır. Sərbəst toplaşmaq azadlığı yalnız bir stadionda təmin oluna bilməz. Konstitusiyanın 49-cu maddəsinə və "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna əsasən Azərbaycan vətəndaşklarnn ölkənin hər yerində sərbəst toplaşmaq hüququ var, amma Azərbaycan hakimiyyəti bu hüququ məhdudlaşdırır. Son dövrlərdə bu hüququn genişlənməsi, qeyd etdiyim digər hüquqların genişlənməsi istiqamətində hər hansı addımlar atılmayıb.

Amerikanın Səsi: İndiki anda iqtidarla müxalifətin dialoqu mümkündürmü və ya hansı şərtlər daxilində mümkün ola bilər?

Azərbaycan hakimiyyəti müxalifətə rəqib kimi deyil, düşmən kimi yanaşır.

Arif Hacılı: Normal cəmiyyətlərdə müxalifət də siyasi sistemin tərkib hissəsi olmalıdır. Təəssüf ki, Azərbaycanda bu mövcud deyil. Nəinki müxalifət, hətta iqtidar partiyası olan YAP-ın özü də siyasi sistemə daxil deyil. Bir siyasi partiya kimi yox, daha çox, hakim elitanın təzyiq qrupu kimi fəaliyyət göstərir. Həm ölkənin daxilində, həm xaricində, həm regionda gedən proseslərə təsir etmir, məsələləri müzakirə etmir. Dövlətin idarəçiliyində və siyasi qərarların qəbul olunmasında, kadr siyasətində nəinki digər siyasi qüvvələrin heç YAP-ın da hər hansı bir rolu yoxdur. Normal cəmiyyətlərdə iqtidar, müxalifət, siyasi partiyalar, vətəndaş cəmiyyəti, mətbuat orqanları cəmiyyətdə ümumi siyasi sistemin tərkib hissəsi kimi fəaliyyət göstərir. Əslində, dövlət idarəçiliyinin əsas atributlarından, dövlət idarəçiliyinin səmərəliliyinin təmin olunması üçün vacib ünsürlərdən biri də ölkədə normal, ciddi müxalifət qüvvəsinin olmasıdır. Ancaq təəssüf ki, Azərbaycan hakimiyyəti bu imkanları tanımaq istəmir. Müxalifətə bir rəqib kimi, düşmən kimi yanaşır. Hətta Azərbaycan hakimiyyəti, konkret olaraq dövlət başıçısı İlham Əliyev öz çıxışlarında qeyd edir ki, qonşu dövlətlərlə normal münasibətlər qurmağa çalışır. Hətta Azərbaycana rəqib olan dövlətlərlə də normal münasibət qurmağa çalışır. Ancaq təəssüf ki, Azərbaycanın daxili siyasətində, Azərbaycanda olan müxalif qüvvələrlə, siyasi qüvvələrlə, eyni zamanda Azərbaycan cəmiyyətinin özü ilə normal münasibətlər qurmaq istiqamətində real və ciddi cəhdlər edilmir. Təbii ki, Müsavat Partiyası olaraq, biz, Azərbaycan üçün ümumilli məsələlərdə, Azərbaycan dövlətinin güclənməsi, möhkəmlənməsi, ərazi bütövlüyü, Azərbaycanda köklü siyasi və iqtisadi islahatların aparılması mövzularında digər siyasi qüvvələrlə, o cümlədən, hakimiyyətlə müzakirələr aparmağa hazırıq.

Amerikanın Səsi: Hökumətin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində apardığı danışıqlara müxalifətin münasibəti necədir?

Ermənistanda gedən proseslər və dünya birliyinin məsələyə yanaşmasında yeni nüanslar Qarabağın Azərbaycana qaytarılması işini getdikcə çətinləşdirir.

Arif Hacılı: Bu danışıqlar mövcud deyil. Azərbaycan hakimiyyətinin diplomatik təşəbbüskarlığı yoxdur və Qarabağ danışıqları adlanan proses əslində imitasiya xarakteri daşıyır. Bu danışıqlarda hər hansı bir irəliləyiş mövcud deyil. Faktiki olaraq proses uzadılır və Qarabağ ildən ilə Azərbaycandan daha da uzaqlaşır. Ermənistanda gedən proseslər və eyni zamanda dünya birliyinin bu məsələyə yanaşmasında yeni nüanslar Qarabağın Azərbaycana qaytarılması işini getdikcə çətinləşdirir. Təəssüf ki, Azərbaycan hakimiyyəti bu vəziyyətdən nəticə çıxarıb ciddi siyasi, diplomatik addımlar atmır. Nə hərbi təşəbbüskarlıq, nə siyasi təşəbbüskarlıq, nə də diplomatik təşəbbüskarlığın olmamamsı nəticəsində bu sahədə hər hansı irəliləyişlər yoxdur. Əgər hər hansı irəliləyişlər yoxdursa, Qarabağın geri qaytarılması istiqamətində hər hansı bir addımlar atılmırsa, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində hər hansı ciddi işlər görülmürsə təbii ki, heç bir Azərbaycan vətəndaşı, o cümlədən ölkənin müxalifət qüvvələri bu prosesdən razı qala bilməz.

XS
SM
MD
LG