Accessibility links

Arif Hacılı: Hacı Muradın nəşini oğurlayıblar


Müsavat Partiyasının başqanı Arif Hacılı Hacı Muradın qəbri üzərinə gül dəstəsi qoyarkən
Müsavat Partiyasının başqanı Arif Hacılı Hacı Muradın qəbri üzərinə gül dəstəsi qoyarkən

Müsavat Partiyasının başqanı bu gün Hacı Muradın qəbri olan qəbiristanlıqda olub

Müsavat Partiyasının başqanı Arif Hacılı iyunun 6-da Qax rayonunun Tanqıt kəndi yaxınlığında Hacı Muradın məzarı olan qəbiristanlıqda olub. Müsavat Partiyasının başqanı Arif Hacılı Amerikanın Səsinə müsahibəsində Hacı Muradın cəsədinin qalıqlarının oğurlandığı qənaətinə gəldiyini bildirib.

Arif Hacılı: Hacı Muradın nəşini oğurlayıblar
please wait

No media source currently available

0:00 0:03:51 0:00

“Hacı Muradım məzarının yanında təxminən 1 metrə yaxın daş döşəmə sökülüb, orada qazıntı aparılıb. Görünür Hacı Muradın orada olan nəşini çıxarmaq üçün qəbrin üzərində olan daşı dağıtmadan, onun böyründə qazıntı aparmaqla nəşi götürüblər. Məzarın ətrafında yenicə qazılmış torpaq da görünür. Bu mənzərədən belə qənaətə gəldim ki, Hacı Muradın nəşinin oğurlanaraq Rusiyaya aparılması barədə məlumatlar həqiqətə uyğundur. Bu barədə video görüntülər çəkmişəm və texniki imkan olan kimi təqdim edəcəm,” o qeyd edib.

This image contains sensitive content which some people may find offensive or disturbing.
Hacı Muradın qəbrinin dağıdıldığı hissəsi
Hacı Muradın qəbrinin dağıdıldığı hissəsi

Görünür Hacı Muradın orada olan nəşini çıxarmaq üçün qəbrin üzərində olan daşı dağıtmadan, onun böyründə qazıntı aparmaqla nəşi götürüblər. Məzarın ətrafında yenicə qazılmış torpaq da görünür.
Arif Hacılı, Müsavat Partiyasının başqanı

Hacılı deyib ki, Hacı Muradın məzarında hansısa araşdırma aparıldığı görünmür.

“Qəbrin mühafiəzsi üçün hər hansı nəzarət yoxdur. Hətta qəbrin ətrafında adi təmizlik işləri belə aparılmayıb. Köhnəlmiş güllər belə götürülməyib. Belə görünür ki, hüquq mühafizə orqanları bu işlə qətiyyən maraqlanmayıb.”

Partiya sədri qəbrin dağıdılmasının, nəşin oğurlanmasının Azərbaycanın konstitusiyasına, qanunlarına və dinə zidd olan bir vandalizmi hərəkəti olduğunu deyib.

“Bu hadisə hüquq mühafizə orqanları tərəfindən araşdırlmalı, gömrük, sərhəd orqanları məsələ ilə bağlı sorğulanmalıdır. Dərhal əraziyə ekspertlər göndərilməlidir. Onlar vəziyyəti araşdırmalı, ictimaiyyətə məlumat verilməlidir,” o qeyd edib.

This image contains sensitive content which some people may find offensive or disturbing.
Hacı Muradın qəbrinin dağıdıldığı hissəsi
Hacı Muradın qəbrinin dağıdıldığı hissəsi

Müsavat başqanı Hacı Muradın qəbrinin açılması ilə bağlı videoları da Amerikanın Səsinə təqdim edib. Həmin videoları bir qədər sonra təqdim edəcəyik.​

​Hacı Murad (1816-5 may 1852) – Şimali Qafqaz xalqlarının görkəmli rəhbərlərindən biridir. Milliyətcə avardır. Lev Tolstoyun eyni adlı əsərinin baş qəhrəmanıdır.

​Hacı Muradın kəlləsinin Azərbaycandakı məzarında dəfn edilməməsi məsələsi uzun illərdir müzakirə olunur.

Kəllə Rusiya Federasiyasının Muzey Fondunda olub və sonradan oradan götürülüb. Bununla belə, qohumlarının arasındakı fikir ayrılığına görə 2018-ci ilin əvvəlində kəllənin Kunstkameradan verilməsi baş tutmayıb. 2019-cu ilin yanvarında Hacı Muradın başının Dağıstana qaytarılması və dəfni planları barədə məlumat yayılıb. Ədalətli Rusiya Partiyasının lideri, Dövlət Dumasının deputatı Sergey Mironov bununla bağlı müraciət edib.

Rusiya mediası, həmçinin “Kafkazskiy uzel” saytı Çar Rusiyasına qarşı inqilabi dəstələrə rəhbərlik etmiş əfsanəvi çeçen qəhrəman Şeyx Şamilin ən yaxın silahdaşlarından olmuş və məzarı hazırda Qax rayonunda olan Hacı Muradın qalıqlarının doğulduğu Dağıstanın Xunxzax kəndinə aparıldığını iddia edib.

Sayt Hacı Muradın qalıqlarının basdırılması üzrə təşkilat komitəsinin sədri Maqomed Əmirxanova istinadən xəbər yayıb ki, qalıqlar iyunun 2-də dəfn edilib. İyunun 2-də həmçinin onun qalıqlarının Xunxzaxda dəfn olunduğu iddia edilən fotolar yayılıb.

Rəsmi Bakı Hacı Muradın cəsədinin qalıqlarının Azərbaycandan oğurlanması barədə Rusiya mətbuatında yayılan məlumatları nə təsdiq, nə də təkzib edib.

Azərbaycanın Baş Prokurorluğunun mətbuat xidmətindən Amerikanın Səsinə bildiriblər ki, Hacı Muradın cəsədinin qalıqlarının oğurlanması ilə bağlı prokurorluq orqanlarına müraciət daxil olmayıb.

“Prokurorluq orqanları bununla bağlı hər hansı araşdırma aparmır,” mətbuat xidmətindən bildiriblər.

Qax rayon Polis Şöbəsinin növbətçi hissəsindən Amerikanın Səsinə məsləhət biliblər ki, bu barədə məlumat almaq üçün Daxili İşlər Nazirliynin mətbuat xidmətinə müraciət etmək lazımdır. Daxili İşlər Nazirliynin mətbuat xidmətindən isə hələ məlumat almaq mümkün olmayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin Şoyqunu müdafiə naziri vəzifəsindən uzaqlaşdırıb
please wait

No media source currently available

0:00 0:11:15 0:00
XS
SM
MD
LG