Accessibility links

Arif Hacılı: Müsavat Partiyası bütün ittihamları araşdıracaq


Arif Hacılı
Arif Hacılı

Müsavat Partiyasının başqanı mətbuat konfransı keçirib

“Müsavat Partiyası mühacir problemi ilə bağlı ona qarşı irəli sürülən bütün ittihamları araşdıracaq. Bu məqsədlə dörd nəfər partiya funksionerindən ibarət (Nemət Kərimli, Osman Kazımov, Səxavət Soltanlı, Fərəc Kərimli) komissiya yaradılıb.”

Bu barədə Müsavat Partiyasının başqanı Arif Hacılı Almaniyada miqrantlara qarşı həyata keçirilən əməliyyat və Müsavat Partiyasına qarşı irəli sürülən ittihamlarla bağlı noyabrın 19-da keçirdiyi mətbuat konfransında bildirib.

Arif Hacılı: Müsavat Partiyası bütün ittihamları araşdıracaq
please wait

No media source currently available

0:00 0:02:10 0:00

Onun sözlərinə görə, komissiya Müsavat Partiyasının üzvlərindən kiminsə bu işdə günahlı olduğunu müəyyən edərsə həmin şəxs cəzalandırılacaq.

“İttihamlar yalandırsa və ya kiminsə əməlində cinayət tərkibi olduğu müəyyən edilərsə məhkəmələrə müraciət ediləcək. Əgər cinayət tərkibi yoxdursa mətbuat vasitəsi ilə təkzib veriləcək,” o qeyd edib.

Arif Hacılı bildirib ki, Müsavat Avropa Koordinasiysa Mərkəzi də bu məsələlərlə bağlı komissiya yaradıb.

“Həmin komissiya Almaniya polisi ilə əməkdaşlıq etmək və yardımlar göstərmək niyyətindədir.”

Müsavat başqanı Azərbaycan prezidentinin köməkçisi Əli Həsənovun bu partiya ilə bağlı səsləndirdiyi fikirlərə də münasibət bildirib.

“Biz hesab edirk ki, Müsavata qarşı başlayan kampaniyanın başında əvvəldən Azərbaycan iqtidarı və eləcə də Əli Həsənov, ona yaxın qurumlar dayanıb. Eyni zamanda Azərbaycanın hüquq-mühafizə sistemi və digər hakimiyyət qurumları bu məsələdə daim öz mövqelərini ortaya qoyub.”

Biz səfir və ya konsulla görüşüb, bu məsələləri araşdırmaq və sualları varsa cavab vermək niyyətindəyik. Məsələlərlə bağlı əməkdaşlıq edəcəyik. Müsavat Partiyası bu məsələdə zərər çəkən tərəfdir.
Arif Hacılı, Müsavat Partiyasının başqanı

Arif Hacılı deyib ki, Almaniyada Azərbaycandan olan miqrantlarla bağlı cinayət işi Rəşad Məmmədov adlı miqrantın şikayəti əsasında başlanıb.

“Maraqlıdır ki, Rəşad Məmmədovun miqrant olan qardaşı da sosial şəbəkələrdə yazıb ki, Avropada müxalifət nümayəndələrinin yaratdığı `Azərbaycan Naminə Demokratiya-AND` təşkilatrının xətti ilə Azərbaycandan 500 min adam Avropaya gedib. Bir qardaşın Müsavat Partiyası ilə bağlı olan Müsavat AKM haqqında, digər qardaşın isə AXCP-yə yaxın AND təşkilatlına qarşı iddialar irəli sürməsi bunun arxasında hakimiyyətin durduğunu düşünməyə əsas verir.”

Arif Hacılı Almaniyanın Azərbaycandakı diplomatik nümayəndəliyi ilə görüşmək niyyətində olduğunu deyib.

“Biz səfir və ya konsulla görüşüb, bu məsələləri araşdırnmaq və sualları varsa cavab vermək niyyətindəyik. Məsələlərlə bağlı əməkdaşlıq edəcəyik. Müsavat Partiyası bu məsələdə zərər çəkən tərəfdir. Yadınızdadırsa bir müddət əvvəl Azərbaycanda bir şəbəkə, - prokurorluğun, Daxili İşlər Nazirliyinin, Müsavat Partiyasının, Azərbaycan Xalq Cəbhəsi Partiyasının saxta möhürləri olan bir ofis ifşa olunmuşdu. Məlum oldu ki, mühacir biznesi ilə bağlı bir böyük sənaye açıblar. Eyni şəbəkə ola bilsin, Avropada da aşkarlansın,” o qeyd edib.

Arif Hacılının sözlərinə görə, başçılıq etdiyi partiya heç bir üzvünə mühacirətə getməsini məsləhət bilməyib.

“Bununla yanaşı, biz adi qaydada onlarla üzvümüzə partiyanın üzvü olması və təzyiqə məruz qalması barədə arayış vermişik. Azərbaycanda nəinki Müsavat Partiyasının, real müxalifətdə olan bütün siyasi təşkilatların hər bir üzvü daim təzyiq altındadır”.

Bununla yanaşı, Müsavat Partiyası artıq iki ildir mühacirətdə olan hər hansı üzvünə arayış vermir.

“Yalnız onların vəkilləri və məhkəmələrin sorğularına cavab veririk,” o qeyd edib.

Müsvat Partiyasında mətbuat konfransı
Müsvat Partiyasında mətbuat konfransı

Almaniyada Azərbaycandan insanların qanunsuz miqrasiyası ilə bağlı cinayət işi başlanılıb.

Şpigel jurnalının məlumatında deyilir ki, alman polisi çoxsaylı obyektlərdə axtarışlar aparıb və Azərbaycan vətəndaşları saxlanılıb.

Müşahidəçilərin fikrincə, Almaniyadakı mütəşəkkil qrup Azərbaycandakı bəzi müxalif siyasi partiyaların və polisin adından saxta sənədlər tərtib edərək, pul müqabilində miqrantlara verib.

Bir il əvvəl miqrantlara verilən saxta sənədlərlə bağlı Azərbaycanda da bir sıra partiya funksionerləri Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində dindirilib.

Problem bu gün də aktual olaraq qalır və sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb. Hətta Azərbaycan Xarici İşlər Nazirliyi məsələ ilə bağlı açıqlama yayıb.

XS
SM
MD
LG