Accessibility links

Arif Hacılı: Müsavat Partiyasının qurultayında təşkilatı məsələlərə baxılacaq


Arif Hacılı

Müsavat Partiyasının başqanı Amerikanın Səsinə müsahibəsində növbəti qurultayın gündəliyi və bələdiyyə seçkilərindən danışıb

Müsavat Partiyası oktyabrın 12-də növbəti 9-cu qurultayının keçirilməsi barədə qərar qəbul edib.

Müsavat Partiyasının başqanı Arif Hacılı Amerikanın Səsinə müsahibəsində bildirib ki, 9-cu qurultay hesabat-seçki qurultayıdır.

Arif Hacılı: Müsavat Partiyasının qurultayında təşkilatı məsələlərə baxılacaq
please wait

No media source currently available

0:00 0:03:51 0:00

“Qurultayda partiya başqanının, mərkəzi nəzarət-təftiş komissiyasının hesabatları dinləniləcək. Təşkilatı məsələlərə baxılacaq, partiyanın başqanı, mərkəzi nəzarət-təftiş komissiyasının üzvləri və sərbəst məclis üzvləri seçiləcək. Eyni zamanda, proqram və nizamnaməyə müəyyən dəyişiklik və əlavələrin edilməsi nəzərdə tutulur.”

`Partiya başqanlığına namizədlər ötən qurultayda ilkin seçki yolu ilə müəyyən edilib, bəs indi necə müəyyənləşdiriləcək?`sualının cavabında Hacvılı deyib ki, namizədlərin müəyyənləşməsi üçün hər hansı bir prosedur yoxdur.

“İstənilən partiya üzvü başqanlığa namizədliyini irəli sürə bilər. Biz çalışacağıq ki, 9-cu qurultayda Azərbaycan tarixinin ən demokratik və ən şəffaf seçkilərinin keçirilməsinə nail olaq.”

Arif Hacılı öz namizədliyi ilə bağlı sualın cavabında deyib ki, Müsavat Partiyasının nizamnaməsinə görə onun daha bir müddət başqan olmaq hüququ var.

“Namizədlərin irəli sürülməsi elan edildikdən sonra mən öz qərarımı açıqlayacam,” o qeyd edib.

Müsavat Partiyası qarşıdan gələn bələdiyyə seçkilərində iştirak məsələsini müzakirə edir.

“Müsavat Partiyası daim seçkilərdə iştiraka müsbət yanaşır və seçkilərdə iştiraka meyilliyik. Sadəcə Azərbaycanda gerçək özünüidaretmə funksiyaları olan bələdiyyələr mövcud deyil. Buna görə də bələdiyyə seçkilərində iştiraka maraqlı olan qüvvələr çox azdır. Ona görə də ötən bələdiyyə seçkilərində də xüsusi həvəslə iştirak edə bilmədik. Çünki partiya üzvləri bələdiyyə seçkilərində iştiraka xüsusi meyl göstərmir.”

Hacılı bildirib ki, ölkədə serçkiqabağı demoktratik mühit olmadığına, siyasi qüvvələrin bərabərhüquqlü təbliğat kampaniyasına imkan verilmdəiyinə və bələdiyyələrin səlahiyyətlərini icra strukurları həyata keçirdiyinə görə partiya üzvlərində seçkilərdə iştiraka həvəs çox azdır.

“Bunlara baxmayaraq seçkilərdə iştirakla bağlı müazkirələr aparırıq və müzakirələrdən sonra yekun qərar veriləcək,”Müsavat başqanı bildirib.

Müsavat Partiyası – Azərbaycanda mövcud olan ən yaşlı siyasi partiyadır. Əsası 1911-ci ildə İstanbulda muhacirətdə olan Məhəmməd Əmin Rəsulzadə və milli demokratiya ideoloqları tərəfindən qoyulub.

"Müsavat"ın ilk qurultayı 1917-ci il oktyabrın 26-dan 31-dək Bakıda keçirilib.

1918-ci il mayın 28-də Tiflisdə Müsavat Partiyası Azərbaycanın istiqlalını elan edib. Milli Şuranın sədri vəzifəsinə M.Ə. Rəsulzadə seçilib.

1918-1920-ci illərdə dövlət quruculuğu prosesində, parlament seçkilərində, Azərbaycanın dünya dövlətləri tərəfindən tanınmasında Müsavat Partiyasının böyük xidmətləri olub.

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra partiya öncə gizli, sonradan siyasi mühacirətdə fəaliyyət göstərib.

1992-ci ildə Azərbaycanda Müsavat Partiyasının fəaliyyəti bərpa edilib. Xalq Cəbhəsinin liderlərindən biri, parlamentin o zamankı spikeri İsa Qəmbər partiyanın sədri seçilib.

2014-cü ildə qurultayda partiya nizamnaməsinə uyğun olaraq İsa Qəmbər partiya rəhbəri postuna namizədliyini irəli sürməyib. Arif Hacılı partiyanın yeni sədri seçilib.

XS
SM
MD
LG