Accessibility links

Arif Hacılı: Növbəti 5 il avtoritar rejimə qarşı daha kəskin mübarizə illəri olacaq


Arif Hacılı: Növbəti 5 il avtoritar rejimə qarşı daha kəskin mübarizə illəri olacaq
please wait

No media source currently available

0:00 0:04:41 0:00

Müsavat Partiyasının başqanı Arif Hacılı Amerikanın Səsinə müsahibəsində Müsavat Partiyasının 9-cu qurultayının yekunlarından danışıb.

Amerikanın səsi: Müsavat Partiyasının 9-cu qurultayı sizi yenidən partiyanın başqanı seçib. Növbəti sədrliyiniz dövrü əvvəlkindən nə ilə fərqlənəcək?

Ölkədə siyasi vəziyyət dəyişib. Ona görə də bu vəziyyətə uyğun fəaliyyət göstərmək niyyətindəyik.

Arif Hacılı: Müsavat Partiyasında bir sıra istiqamətlər sənədlər qəbul olunub. Biz həm təşkilati, texniki işlər sahəsində, eyni zamanda siyasət sahəsində, daxili siyasət, mətbuat və informasiya və başqa sahələrdə müəyyən başlanğıcları artıq yaratmışıq. Bu istiqamətlər davam etdiriləcək. Ölkədə siyasi vəziyyət dəyişib. Ona görə də bu vəziyyətə uyğun fəaliyyət göstərmək niyyətindəyik. Hesab edirəm ki, bundan əvvəlki 5 il ilə müqayisədə bundan sonrakı 5 il Azərbaycanda avtoritar rejimə qarşı daha kəskin mübarizə illəri olacaq. Müəyyən dəyişikliklərə şansların yaranması illəri olacaq. Bu illərdə biz, təbii ki, Müsavat Partiyasının siyasətini cəmiyyətdə olan ümumi vəziyyətə uyğunlaşdıracağıq.

Amerikanın Səsi: Siz Müsavat Partiyasının başqanlığına keçirilən seçki prosesini nümunə hesab edirsiniz? Bu seçki prosesində nümunə olanlar nədir?

Azərbaycanda ilk dəfə siyasi partiyada alternativ seçkilər, həm də debatlar keçirildi. Biz paritet əsaslarla seçki komissiyası yaratmışdıq.

Arif Hacılı: Təbii, bu, bir nümunədir. Çünki təəssüf ki, Azərbaycanda demokratik seçkilər keçirilmir. Seçkilər nə Azərbaycanın genelində keçirilmir, nə partiyalarda, nə ombudsman seçkiləri, nə prokuror seçkiləri yoxdur. Məhkəmə seçkiləri yoxdur. Bütün bu sahələrdə qanunlara uyğun seçkilərin keçirilməsi istiqamətində heç bir addım atılmır. Azərbaycan hakimiyyəti xeyli dərəcədə ona nail olub ki, Azərbaycan cəmiyyəti seçkilərin ona aiddiyatı olmayan bir siyasi proses olduğu qənaətinə gəlir. Ona görə biz əvvəl seçkilərə maraq yaratdıq. Eyni zamanda Azərbaycan hakimiyyətindən tələb etdiklərimizi özümüz tətbiq etdik. Biz ona nail olduq ki, Azərbaycanda ilk dəfə siyasi partiyada alternativ seçkilər, həm də debatlar keçirildi. Biz paritet əsaslarla seçki komissiyası yaratmışdıq. Seçki prosesi tam şəkildə şəffaf şəkildə həyata keçirildi. Jurnalistlərin gözü qarşısında həyata keçirildi. Müsavat Partiyasında keçirilən seçkilər tam demokratik və azad seçkilər idi. Beynəlxalq standartlara uyğun bir seçki idi. Bu baxımdan hesab edirəm ki, Müsavat Partiyasındakı seçkilər nümunəvi seçkilərdir.

Amerikanın Səsi: Qurultay növbəti dövr üçün hansı sənədləri qəbul edib? Sənədlərin əsas məzmunu nədir?

Arif Hacılı: Bir neçə sənədlər qəbul olundu. Sənədlərin biri Azərbaycanda olan avtoritar korrupsiya rejiminə qarşı mübarizə taktikası barədədir. Azərbaycan hakimiyyətinin yol verdiyi əyintilər həmin sənəddə öz əksini tapıb. Digər sənəd Qarabağ probleminin həlli ilə əlaqədar Müsavat Partiyasının vizionunu əks etdirən sənəddir. Digər bir sənəd isə seçkilərlə bağlı sənəddir. Çünki yaxınlarda Azərbaycanda bələdiyyə və parlament seçkilərinin olması gözlənilir. Qurultay bu seçkilərdə Müsavat Partiyasının iştirakının təmin edilməsi üçün zəruri olan şərtlər, məsələlər barədə öz fikirlərini qeyd edib. Biz burada seçkiqabağı seçki şəratinin yaradılması, seçki qanunvericiliyində müəyyən dəyişikliklərin, islahatların aparılması, bərabər hüquqlu siyasi rəqabət şəraitinin yaradılması və digər məsələlərlə bağlı öz dünya görüşümüzü, öz təkliflərimizi qeyd etmişik. Bu hədəflər uğrunda mübarizə aparmaq və bu hədəflər uğrunda Azərbaycanda olan siyasi-ictimai təşkilatların bütövlükdə Azərbaycan cəmiyyətinin birgə mübarizəsini, fəaliyyətini təşkil etmək niyyətindəyik.

Amerikanın Səsi: Partiyanın qurultayı bu il keçiriləcək bələdiyyə, gələn il keçiriləcək parlament seçkilərdində iştirak edəcəkmi?

Minumum demokratik seçkilərin keçirilməsi üçün şəarit yaradılsa Müsavat Partiyası parlament seçkilərində iştirak etmək niyyətindədir.

Arif Hacılı: Qabaqcadan bu barədə fikir səsləndirmək məqbul deyil. Çünki Müsavat Partiyasında bu tipli məsələlər hökmən müzakirələrdən sonra kollegial olaraq qəbul edilın qərarlar əsasında müəyyənləşir. Ancaq bələdiyyə seçkiləri ilə parlament seçkilərinə olan münasibət bir qədər fərqlidir. Təəssüf ki, Azərbaycanda yerli özünüidarəetmə funksiyalarına malik olan bələdiyyələr olmadığı üçün istər cəmiyyətdə, istər siyasi partiyalarda bələdiyyə seçkilərinə maraq azdır. Parlament seçkiləri bir qədər fərqlidir. Əgər bizim qurultayımızda irəli sürdüyümüz, eyni zamanda bundan əvvəl siaysi partiyalarla birlikdə təşkil etdiyimiz dəyirmi masada qəbul etdiyimiz hədəflərə çata bilsək, yəni, ölkədə minumum demokratik seçkilərin keçirilməsi üçün şərait yaradılsa, Müsavat Partiyası parlament seçkilərində iştirak etmək niyyətindədir.

Dünyaya Baxış

Dünyaya Baxış. Donald Trampa qarşı yeni ittihamlar irəli sürülüb
please wait

No media source currently available

0:00 0:11:01 0:00
XS
SM
MD
LG