Accessibility links

Arif Hacılı: Piket keçiriləcək


Noyabrın 7-də Bakı şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının noyabrın 12-nə təyin etdiyi piketlə bağlı müraciətinə mənfi cavab verib.

Müsavat Partiyası noyabrın 10-na mitinq təyin etmişdi. Bakı şəhər İcra Hakimiyyəti Müsavat Partiyasına mitinqi Lökbatan qəsəbəsində keçirməyi təklif edib. Müsavat Partiyası bu təklifi qanunsuz sayıb və etiraz olaraq noyabrın 12-də Bakı şəhər İcra Hakimiyyətinin binası qarşısında piket keçirmək barədə qərar qəbul edib və Bakı meriyasına piketin keçirilməsi ilə bağlı xəbərdarlıq göndərib. Bakı meriyası isə bu gün piketin keçirilməsini məqsədəuyğun saymadığını bildirib.

Meriya qərarını ərazidə təhsil müəssisələrinin olması, piyadaların sıxlığı və nəqliyyatın hərəkətinin intensivliyi ilə əlaqələndirib.

Müsavat Partiyasının başqanı Arif Hacılı Amerikanın Səsinə bildirib ki, meriyanın qanunsuz qərarına rəğmən aksiya keçiriləcək.

XS
SM
MD
LG