Accessibility links

Arif Hacılı: "Seçkilərin açıqlanan nəticəsi xalqın iradəsini əks etdirməyib."


Arif Hacılı: "Seçkilərin açıqlanan nəticəsi xalqın iradəsini əks etdirməyib."
please wait

No media source currently available

0:00 0:04:28 0:00

Fevralın 10-da Müsavat partiyasının başqanı Arif Hacılı 9 fevral seçkilərin nəticələri ilə bağlı mətbuat konfransı keçirib. O, konfransda deyib ki, Müsavat partiyasının müşahidəçiləri seçki prosesini izləyib və bir sıra qanun pozuntuları qeydə alıblar. Arif Hacılı bildirib ki, Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilər şəffaf olmayıb : "Seçkilərin açıqlanan nəticəsi xalqın iradəsini əks etdirməyib. Saxta seçkilər vasitəsilə formalaşan Milli Məclis Azərbaycan respublikasının qanunverici orqanı funksiyasını daşıya bilməz. Müsavat partiyası Milli məclisə növbədənkənar seçkilərin nəticələrinin ləvğ edilməsini, bərabərhüquqlu siyasi rəqabət mühiti yaradılmaqla Azərbaycan Milli Məclisinə yeni seçkilərin keçirilməsini tələb edir". Müsavat Partiyası ötən parlament seçkilərinə 60 namizədlə qatılmışdı. Mərkəzi Seçki Komissiyasının yaydığı nəticələrə görə həmin namizədlərin heç biri millət vəkili seçilməyib. Başqan Arif Hacılı seçkidə qarşılaşdıqları bütün qanun pozuntuları və saxtakarlıqlarla bağlı şikayət verəcəklərini bildirib.

XS
SM
MD
LG