Accessibility links

Arif Hacılı: "Güney mövzusu aktuallaşır" [Video]


Vaşinqtonda səfərdə olarkən Amerikanın Səsinə müsahibə verən Müsavat başqanı Arif Hacılı deyib ki, Azərbaycan xalqının yenidən birləşməsi Azərbaycanda ümummilli ideyadır və Mwsavatın proqramında bu, birmənalı şəkildə göstərilir. O, ABŞ paytaxtında keçirdiyi görüşlər zamanı Azərbaycandakı vəziyyətlə yanaşı, İranda yaşayan azərbaycanlıların durumunu da gündəmdə saxlayıb.

Arif Hacılı eks-prezident Əbülfəz Elçibəydən sonra İran Azərbaycanı mövzusuna diqqətin azaldığını bildirib. Ancaq o deyib ki, hazırki geo-politik şərait İran Azərbaycanı məsələsinin aktuallaşmasına gətirib çıxarıb.
XS
SM
MD
LG