Accessibility links

Arif Hacılı REAl-ın qurultayı ilə bağlı Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinə çağırılıb [Video]


Arif Hacılı ReAl-ın qurultayı ilə bağlı Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinə çağırılıb
please wait

No media source currently available

0:00 0:02:13 0:00

Çağırış Müsavat Partiyasının qərargah-mənzilində keçirilən tədbirlər zamanı təxribat ehtimalı ilə bağlıdır

Müsavat Partiyasının başqanı Arif Hacılı dekabrın 15-də DİN-in Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinə (MCMBİ) çağırılıb.

Ona bildirilib ki, çağırış Müsavat Partiyasının qərargah-mənzilində keçirilən tədbirlər zamanı təxribat ehtimalı ilə bağlıdır və bundan uzaq olmaq üçün polis profilaktika məqsədilə partiya rəhbərliyinə xəbərdarlıq etməyi qərara alıb, bu barədə Arif Hacılı özü bildirib.

O hesab edir ki, polisin addımları əslində dekabrın 17-də Müsavat Partiyasının qərargah-mənzilində ReAl Partiyasının təsis qurultayının keçirilməsi haqqında qərarla bağlıdır.

O xatırladıb ki, dünən Dövlət Əmlak Komitəsinin nümayəndəsi partiya rəhbərliyinə məkanın subicarəyə verilməsinin yolverilməz olduğu haqqında xəbərdarlıq məktubu təqdim edib.

Hacılı xəbərdarlığı əsassız hesab edir, çünki Partiya keçirilən tədbirlərdən hər-hansı maliyyə gəliri əldə etmir.

Digər tərəfdən, artıq iki partiya Müsavatın qərargah-mənzilində qurultaylar keçirib.

Hacılı hakimiyyətin addımlarını siyasi partiyalara, xüsusən Müsavat və ReAl partiyalarına təzyiq kimi qiymətləndirib.

Yaranmış vəziyyət bu gün Müsavat və ReAl nümayəndələrinin görüşündə müzakirə olunub.

Müsavat bildirib ki, ReAl qurultayı üçün məkan verilməsi haqqında qərar qüvvədə qalır.

Amma tərəflər məsələnin hüquqi tərəfinə aydınlıq gətirmək üçün qurultayın tarixinin təxirə salınması ehtimalını müzakirə ediblər.

XS
SM
MD
LG