Accessibility links

Arif Yunus: Susmayacam [Video] (Yenilənib)


Arif Yunus: Susmayacam
please wait

No media source currently available

0:00 0:07:02 0:00

Arif Yunus: Susmayacam

O, ölkədən çıxmamaq barədə iltizamla həbsdən azad edilib

Ölkədən çıxmamaq barədə iltizamla həbsdən azad edilən Arif Yunus bildirib ki, həyat yoldaşı Leyla Yunusun azadlığa çıxması üçün mübarizəni davam etdirəcək.

“Mən susmayacam, Leyla azadlığa çıxana qədər mübarizə aparacam”, A.Yunus həbsdən buraxıldıqdan sonra jurnalistlərə bildirib.

A.Yunus deyib ki, həyat yoldaşı təzyiq və işgəncələrə məruz qalır, buna görə də o, aclıq elan edib.

“Hətta Leylanı indi azad etsələr də onun səhhəti o qədər pozulub ki, bərpa üçün ən azı üç il lazımdır”, A.Yunus vurğulayıb.

***

Noyabrın 12-də Bakı Apellyasiya Məhkəməsində hakim Vüqar Məmmədovun sədrliyi keçirilən prosesdə hüquq müdafiəçisi Leyla və Arif Yunusların şikayətinə baxılıb.

MTN və Ədliyyə nazirliyi baş tibb idarəsi onun təzyiqinin aşağı salınmasının mümkün olmamasını əsas gətirərək məhkəmədən onun məsələsinə baxılmasını xahiş etmişdi.

Məhkəmə Arif Yunusun ölkəni tərk etməmək şərti ilə məhkəmə zalında azadlığa buraxıb.

Amerikanın Səsinin məhkəmədəki müxbiri bildirir ki, Arif Yunus qəfəsdən çıxmaq istəməyib. O, məhkəmə zalını həyat yoldaşı ilə birgə tərk etmək istədiyini bildirib.

Arif Yunus artıq noyabrın 6-dan aclıq etdiyini deyib və Leyla Yunusun azad olunmasını tələb edib.

A.Yunus 2014-cü il avqustun 5-də həyat yoldaşı hüquq müdafiəçisi Leyla Yunusun həbsindən bir neçə gün sonra həbs olunub.

Amnesty İnternational beynəlxalq hüquq-müdafiə təşkiları onları “vicdan məhbusları” kimi tanıyıb.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG