Müsavat Partiyasının başqanı Arif Hacılı Avropa Parlamentində “Şərq tərəfdaşlığının gələcəyi” mövzusunda keçiriləcək müzakirələrdə iştirak etmək üçün Avropa Parlamentinə dəvət edilib.
Müsavat Partiyasının məlumatına görə, səfər iyunun 16-17-də baş tutacaq. Səfər çərçivəsində A.Hacılının Avropa Parlamentinin rəsmiləri, Avropa ölkələrinin hökümət və dövlət nümayəndələri, postsovet məkanı ölkələrinin siyasi partiya rəhbəri ilə görüşləri planlaşdırılır.