Accessibility links

Arif Hacılı: Müsavat Partiyası etiraz aksiyaları keçirəcək [Video-Müsahibə]


Arif Hacılı: Müsavat Partiyası etiraz aksiyaları keçirəcək
please wait

No media source currently available

0:00 0:04:50 0:00

Müsavat Partiyasının başqanı Amerikanın Səsinə müsahibəsində konstitusiyaya dəyişikliklərin əleyhinə mübarizənin davam etdiriləcəyini bildirib

Müsavat Partiyası bu gün Mərkəzi Seçki Komissiyasının bu partiyanın yaratdığı “Respublika” təşviqat qrupunu qeydiyyata almaqdan imtinası ilə bağlı Bakı Apellyasiya Məhkəməsinə şikayət verəcək. Müsavat Partiyasının təşviqat qrupu qeydiyyata alınmasa da partiya Konstitusiyaya dəyişikliklərlə bağlı sentyabrın 26-da keçiriləcək referendumun əleyhinə mübarizəsini davam etdirəcək.

Müsavat Partiyasının başqanı Arif Hacılının partiyanın mərkəzi qərargahında avqustun 30-da keçirdiyi mətbuat konfransındakı çıxışının əsas leytmotivi belə olub.

Partiya başqanı Amerikanın Səsinə müsahibəsində isə bildirib ki, "Müsavat Partiyası etiraz aksiyasını ilk olaraq sentyabrın ya 17-də, ya da 24-də Bakı şəhərində mitinq və ya yürüş-mitinq formasında keçirəcəyik. Bundan sonra imkan daxilində regionlarda da aksiyalar keçirmək istəyirik."

Partiya başqanı Müsavat Partiyasının digər təşkilatlarla birgə referendum zamanı müşahidə aparacağını bildirib.

“Həmçinin referenduma qədər qanun pozuntuları ilə bağlı aralıq hesabatımızı da ictimaiyyətin diqqətinə çatdıracağıq. Sosial şəbəkələr, internet resursları vasitəsi ilə insanları konstitusiya dəyişikliklərinə qarşı çıxmağa səsləyəcəyik”, o qeyd edib.

Hacılı MSK-nin partiyanın təşviqat qrupunu qeydə almamasını tam siyasi qərar adlandırıb.

“Müsavat Partiyası, D18 Hərəkatı və NİDA Vətəndaş Hərəkatı ilə birgə 88 seçki dairəsidən 41128 seçici imzası toplayıb. Yerlərdə hakimiyyət təmsilçiləri 3 mindən çox seçici imzası olan imza vərəqlərimizi cırıb. Partiya üzvlərinə təzyiqlər olub. MSK imzalarla bağlı problemin olması barədə qabaqcadan bizi xəbərdar etməyib, imzaları yoxlayan ekspertlərin imzaladığı protokolu hələ də bizə təqdim etməyib. Halbuki MSK-nin iclasından 24 saat qabaq bu protokol Müsavat Partiyasına təqdim edilməli idi”.

Partiya başqanı əlavə edib ki, Müsavatın təşviqat qrupu qeydə alınmadığı halda iqtidara yaxın siyasi qurumların 3 təşviqat qrupunu MSK qeydə alıb.

Arif Hacılı referendum qabağı müxalif siyasi təşkilatların basqı altında oldyuğunu, REAL Hərəkatının icra katibi Natiq Cəfərlinin həbs edildiyini, gənc fəalların saxlanıldığını, keçmiş səhiyyə naziri Əli İnsanova 11 illik həbsdən sonra yenidən cinayət işi qaldırıldığını diqqətə çatdırıb.

“Bütün bunlar, həmçinin Müsavatın təşviqat qrupunun qeydə alınmasından imtina hakimiyyyətin disskussiyalardan çəkindiyini göstərir”.

Müsavat Partiyası müqavimət göstərməkdə davam edəcək.

“Biz konstitusiyaya dəyişikliyinin xalqa, demokratiyaya deyil, ailə hakimiyyətinin möhkəmləndirilməsinə xidmət etdiyini ictimaiyyətin diqqətinə çatdıracağıq. Məhkəmələrə müraciət edəcəyik. Ötən parlament seçkiləri ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsi Müsavat Partiyası üzvlərinin 29 şikayətini artıq icraata götürüb. Zaman gələcək, konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirərək qanunu pozanlar da qanun qarşısında cavab verəcək”, o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG