Accessibility links

Front Line Defenders: Leyla və Arif Yunusların məhkəmədə incidilməsinə son qoyulsun


Leyla və Ariv Yunuslar
Leyla və Ariv Yunuslar

Hüquq-müdafiəçilərinə Beynəlxalq Dəstək Fondu Front Line Defenders Leyla və Arif Yunusların məhkəmə prosesi zamanı onların incidilməsinə son qoyulmasına çağırıb.

“Front Line Defenders onların səhhəti ilə bağlı çox narahatdır və hakimiyyəti hüquq müdafiəçilərini azadlığa buraxmağa, məhkəmə çəkişməsinə son qoymağa çağırıb. Belə ki, onlara qarşı irəli sürülən ittihamlar Azərbaycanda insan hüquqlarının müdafiəsi üzrə dinc və qanuni fəaliyyətləri ilə bağlıdır”, bəyanatda deyilir.

Bu bəyanata A.Yunusun məhkəmə iclasları zamanı vəziyyətinin kəskin pisləşməsi səbəb olub. Belə ki, avqustun 3, 4 və 6-da o, hipertonik krizis, bir neçə dəfə ürək tutması keçirib və tez-tez huşunu itirib. Həkimlər bir neçə dəfə iynə vurublar, lakin bu, qısa müddətə kömək edib. A.Yunusun, həmçinin həyat yoldaşı L.Yunusun vəziyyətinin ağır olmasına baxmayaraq, məhkəmə dinləmələri davam etdirir.

Beynəlxalq müstəqil müşahidəçilər və müstəqil mətbuat nümayəndələri zala buraxılmır.

Avqustun 6-da prokuror L.Yunusun 11, A.Yunusun 9 il azadlıqdan məhrum edilməsini istəyib. Onlar vergidən yayınmada və dələduzluqda ittiham olunurlar.

Prosesin təxirə salınması barədə çağırışlara baxmayaraq, hakim növbəti iclası avqustun 10-na təyin edib.

Teodor Hekker mükafatı və Fransanın Fəxri legion ordeni laureatı Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus Azərbaycan və Ermənistan arasında münaqişənin həlli və siyasi məhbusların hüquqlarının müdafiəsi problemləri ilə məşğul olurlar.

Front Line Defenders təşkilatı 2011-ci ildə Dublində təsis edilib. Məqsəd təhlükədə olan hüquq müdafiəçilərinin qorunmasıdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG