Accessibility links

Arizonada Senatdakı yer uğrunda mübarizədə demokrat namizəd qalib gəldi


Körsten Sinema
Körsten Sinema

ABŞ-ın Demokratlar Partiyası bazar ertəsi noyabrın 6-da keçirilən seçkidən sonra bir həftə boyu səslərin hesablanması nəticəsində ABŞ Senatında bir yer daha qazanıb.

Körsten Sinema Arizonadakı boş yer uğrundakı mübarizədə respublikaçı namizəd Marta MakSallini 2 faiz səs fərqi ilə məğlub edib. MakSalli Sinemanı Twitter vasitəsilə təbrik edib.

Sinema seçkidən altı gün sonra bazar ertəsi axşam radələrində qalib elan olunub.

Sinema təqaüdə çıxan respublikaçı senator Ceff Fleykin yerinə vəzifə müddətinə başlayanda Arizonanın ilk qadın senatoru olacaq.

Arizonada Senat uğrundakı mübarizə ötən çərşənbə axşamı keçirilən ara seçkisindən sonra nəticələri hələ də bəlli olmayan iki Senat səsverməsindən biri idi.

Bu nəticələrə baxmayaraq, Respublikaçılar Senata nəzarəti qoruyub saxlayacaq. Lakin Demokratlar Nümayəndələr Palatasına nəzarəti Respublikaçılardan geri alıb və Tramp və onun administrasiyasının siyasəti ilə bağlı istintaqlar başlamağı vəd edib.

Hazırda isə diqqət Florida ştatına yönəlib. Orada Senat və qubernatorluq uğrunda səsvermələrin nəticələri yenidən hesablanır. Prezident Tramp bu hesablamaların saxta olduğunu deyib və dayandırılmasına çağırıb.

Bununla yanaşı, ABŞ-ın cənubi Corciya ştatında da qubernator seçkilərinin nəticələri yenidən hesablanır. Səsvermə rəsmiləri Nümayəndələr Palatası uğrunda səsvermədə çox yaxın nəticələr əldə olunan yerlərdə də hesablamaları davam etdirir.

XS
SM
MD
LG