Accessibility links

İqlim dəyişikliyi Arktikada ağcaqanad sayının artmasına gətirib çıxara bilər [Video]


İqlim dəyişikliyi Arktikada ağcaqanad sayının artmasına gətirib çıxara bilər
please wait

No media source currently available

0:00 0:02:16 0:00

Artktika dünyanın başqa yerlərindən ikiqat daha sürətli əriyir. Tundra boyunca baş verən böyük dəyişikliklər böyük və kiçik canlılara təsir göstərir. Onlardan biri vəhşi Arktika ağcaqanadı və onun əzab verdiyi karibudur. Burada baş verənlər iqlim dəyişikliyinin dünyaboyu bütün ekosistemlərə göstərdiyi təsirini təsvir edir.

Qrenlandiyada yay qısa olur. Gündüzlər uzun keçir. Karibular otlayır. Çiçəklər açır.

Burda minlərlə ağcaqanad var. Daha sonra böcəklər gəlir və ağcaqanadları tutur və onların içinə həzm ferməntləri yeridir. Sonra böcəklər ağcaqanadların daxili orqanlarını mayeləşdirir və geri sovurur.
Loren Kuller

Ağcaqanadların isə sayı milyonlara çıxır.

Dartmouth Kollecinin ekoloqu Loren Kuller Arktika nohurlarındakı həyatı araşdırır.

O deyir ki, hər il qar əridikcə, ağcaqanad sürfələri ilə böcək sürfələri arasında sağ qalmaq üçün mübarizə başlayır.

“Burda minlərlə ağcaqanad var. Daha sonra böcəklər gəlir və ağcaqanadları tutur və onların içinə həzm ferməntləri yeridir. Sonra böcəklər ağcaqanadların daxili orqanlarını mayeləşdirir və geri sovurur”, deyə o bildirir.

Bundan sonra sağ qalan ağcaqanadlar sudan çıxıb, karibu və digər heyvanları dişləyir.

Karibuları o qədər ağcaqanad dişləyir ki, onlar otlaq sahələrdən qaçır və beləcə qışda sağ qala bilmək üçün üçün lazımı qədər qidalanmır.

Əvvəllər Kuller düşünürdü ki, iqlim dəyişikliyi böcəklərin xeyrinədir və ağcaqanadların sayının azalmağına gətirib çıxarır.

“İsti havada böcəklər gün ərzində daha çox ağcaqanad sürfəsi yeyir. Biz isə öyrənmək istəyirdik ki, görəsən düşünüdüyümüz kimi, isti keçən ildə daha çox ağcaqanad yeyilir və beləcə çox azı sağ qala bilir, ya yox. Biz belə olacağını düşünürdük”, Kuller deyir.

Ağcaqanad
Ağcaqanad

Amma nəticələr onların düşündüyü kimi olmadı. İsti sularda, ağcaqanadlar bir neçə gün daha tez böyüyür.

“Bu o deməkdir ki, ağcaqanadların sudakı böcəklər tərəfindən yeyilməsi riski azalır. Biz həyata keçirdiyimiz simulyasiyalarda bunun mühüm faktor olduğunu aşkar etdik və bu halda ağcaqanadların qalib gəldiyinə dair nəticə çıxardıq,” Kuller söyləyir.

Ağcanaqdlar qalib gələndə isə, karibular uduzur, çünki bu halda çox az sayda karibu qışda sağ qala bilir.

Biz həmçinin hörümçəklərin ağcaqanadlara nəzarət etməkdə necə rol oynaya biləcəyini araşdırırıq, çünki onlar ağcaqanadların sudan çıxdığı anı işarə edə bilər.
Loren Kuller

Amma tundrada ağcaqanadların böcəklərdən başqa düşmənləri də var.

“Biz həmçinin hörümçəklərin ağcaqanadlara nəzarət etməkdə necə rol oynaya biləcəyini araşdırırıq, çünki onlar ağcaqanadların sudan çıxdığı anı işarə edə bilər”, deyə Kuller bildirir.

İlin böyük hissəsini buz altında qalan tundra ekosistemləri isti iqlimlərdən daha sadədir.

Buradakı heyvanlar arasındakı əlaqəni araşdırmaq iqlim dəyişikliyinin planetimizə göstərdiyi mürəkkəb təsirləri anlamağa yardım edir.

XS
SM
MD
LG