Accessibility links

Arktikada buzların ərimə sürəti təhlükəli həddə çatıb [Video]


Arktikada buzların ərimə sürəti təhlükəli həddə çatıb
please wait

No media source currently available

0:00 0:02:28 0:00

Arktik buz parçasının üzərində dayanan yalnız qütb ayısı okeanın mavi suları ilə əhatələnib. Lakin illər əvvəl, hətta yay aylarında belə bu ərazilər qalın buzla örtülmüş olardı.

İndi isə 13000 tonluq Finlandiya buzqıran gəmisi Nordika heç bir maneəyə rast gəlmədəm hərəkət edə bilir. Bu buz naviqatorunun fəaliyyəti gəmilərin təhlükəli sularda üzə bilməsi üçün imkan yaratmaqdır. Onların sözlərinə görə əvələr burada biz neçə metr qalınlığında buzlar olurdu.

1979-cu ildən bəri aparılan peyk müşahidələri göstərir ki, Arktik buz örtüyü hər il orta hesabla 88 min kvadrat kilometr, yəni Serbiyanın həcmi miqyasında azalmaqdadır.

Alimlərin bildirdiyinə görə, ölkələrin 2015-ci ildə qlobal istiləşməni iki dərəcə selsinin altında saxlamağı planlaşdıran Paris iqlim razılaşmasını imzalaması belə hadisələrin qarşını almaqda aciz edir.

Bəziləri isə bunun baş verməsini faydalı hesab edir.

Şimal Atlantik dənizindən Sakit okeanının şimalına qədər hər zaman donmuş olan Şimalqərb Pasajının buzlardan əriməsi kruiz gəmilərin, balıqçıların və yerli əhaliyə məhsul gətirən ticarət gəmilərinin hərəkət etməsinə imkan yaradır. Lakin bunun mənfi nəticələri uzunmüddətli ola bilər.

Yerli sakinlər bildirirlər ki, hətta uşaqlar belə dəyişikliyin fərqindədirlər və bu barədə onlarda qarışıq hisslər var.

Alimlərin sözlərinə görə, əgər vəziyyət belə davam eləsə yerli əhalinin uşaqları üçün yay hətta qız belə buzsuz keçə bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG