Accessibility links

Arlem Dezir: Azərbaycanda Əfqan Muxtarlının hələ də həbsdə saxlanılmasından çox narahatam


Harlem Dezir, ATƏT-in Media Azadlıqları üzrə nümayəndəsi
Harlem Dezir, ATƏT-in Media Azadlıqları üzrə nümayəndəsi

“Jurnalistlərin təkcə fiziki deyil, həm də hüquqi təhlükəsizliyini qorumaq lazımdır.”

ATƏT-in media azadlığı üzrə nümayəndəsi Arlem Dezir belə hesab edir. Bu barədə o, noyabrın 21-də Vyanada ATƏT Daimi Şurasının iki illik fəaliyyəti barədə hesabatını təqdim edərkən bildirib.

“Bir il öncə təşkilatın 57 üzv - dövləti jurnalistlərin təhlükəsizliyi ilə bağlı Nazirlər Şurasının qərarını təsdiqlədi. Ancaq bu qərarın icrasını təmin etmək üçün hələ çox iş görülməlidir. Həqiqət ondan ibarətdir ki, bir çox jurnalist və KİV işçiləri öz fikirlərini ifadə etdiklərinə, öz işlərini yerinə yetirdiklərinə görə hələ də təqiblərə məruz qalır”, Dezir deyib.

O qeyd edib ki, son beş ay ərzində 69 jurnalistin fiziki təhlükəsizliyi ilə bağlı vəziyyətə müdaxilə edib və 51 bəyanat verib.

Arlem Dezir Türkiyə, Ukrayna və Rusiyada bir neçə jurnalistin azadlığa buraxılmasını alqışlayıb.

“Mən Azərbaycanda Əfqan Muxtarlının hələ də həbsdə saxlanılmasından çox narahatam”, .Dezir qeyd edib, onun və ATƏT regionunda digər jurnalistlərin azad edilməsi üçün səylərini davam etdirəcəyini vəd edib.

Araşdırmaşı-jurnalist Əfqan Muxtarlı 2017-ci ilin mayında Tbilisidən naməlum şəraitdə oğurlanaraq Azərbaycana gətirilib. Məhkəmə onu qaçaqmalçılıq, sərhəddi qanunsuz keçmə və sərhədçiyə qarşı zorakılıq ittihamı ilə 6 il azadlıqdan məhrum edib.

Avropa Parlamenti, beynəlxalq hüquq-müdafiə təşkilatları Muxtarlının həbsini pisləyiblər. “Amnesty International onu “vicdan məhbusu” elan edib.

XS
SM
MD
LG