Accessibility links

Meksikada silahlı hücumlar nəticəsində 12 polis də daxil olmaqla azı 24 nəfər ölüb


Meksikada bazar ertəsi rəsmilərin narkotik qaçaqmalçılığından əziyyət çəkən bölgələrdə ən son zorakılıqlar adlandırdığı üç ayrı silahlı hücum nəticəsində azı 24 nəfər, o cümlədən ondan çox polis ölüb.

Prokuror Alexandro Hernandez bildirib ki, ən ölümcül insidentdə naməlum hücumçular Guerrero ştatının Koyuka de Benitez bələdiyyəsində təhlükəsizlik patrulunu hədəf alıblar.

Ştat prokurorluğunun verdiyi açıqlamada bildirib ki, bu hücumda ən azı 13 nəfər ölüb, iki nəfər yaralanıb. Bununla yanaşı, Hernandez daha əvvəl öldürülənlərdən ən azı 11-nin bələdiyyə polis qüvvələrinin üzvləri olduğunu təsdiqləyib.

Hücum zamanı yüksək səviyyəli dövlət təhlükəsizlik məmuru konvoyda olub. Rəsmilər onun polis mühafizəçiləri ilə birlikdə öldürüldüyünə dair media xəbərlərini təsdiqləməyib.

Bir neçə cansız cəsədin yerdə qaldığı əraziyə polis vertolyotunun uçduğu, təhlükəsizlik qüvvələrinin daha sonra patrul etdiyi görüntülər yayılıb.

Qonşu Miçoakan ştatında törədilən daha bir hücumda dörd mülki şəxs və bir polis ölüb, daha ikisi yaralanıb. Bu barədə səlahiyyətlilər məlumat verib.

Ştat prokurorluğunun məlumatına görə, bir qrup silahlı şəxs Takambaro şəhərinin merinin qardaşına hücum edib.

Ölənlər arasında restoran işçisi və polis əməkdaşının olduğu, merin qardaşının isə yaralandığı bildirilir.

Sosial şəbəkələrdə yayılan videoda silahlı şəxslərin bir neçə avtomobilə minərək qaçmazdan əvvəl atəş açdıqları göstərilib.

Bazar ertəsi Meksikanın mərkəzi Puebla ştatında narkotik satıcıları olduqları ehtimal edilən şəxslər arasında baş verən atışmada ən azı 6 nəfər ölüb, 2 nəfər yaralanıb.

Hadisə Mexikodan təxminən 120 kilometr aralıda yerləşən San Migel Kanoa kənd icmasında baş verib.

Forum

XS
SM
MD
LG