Accessibility links

Paşinyan Ermənistanın büsbütün yeni konstitusiyaya ehtiyacı olduğunu deyir


Baş nazir Nikol Paşinyan deyib ki, Ermənistanın öz demokratik "legitimliyini" və həyat qabiliyyətini təmin etmək üçün konstitusiya islahatına yox, büsbütün yeni konstitusiyaya ehtiyacı var.

Paşinyan yanvarın 19-da Ədliyyə Nazirliyində keçirilən iclasda növbəti konstitusiyanın Ermənistanı "yeni geo-siyasi şəraitdə daha rəqabətli və həyat qabiliyyətli" etməli olduğunu bildirib.

"Şübhə doğurmamaq üçün Ermənistan Respublikasında Ermənistan Respublikası xalqının səs verəcəyi konstitusiya olmalıdır. Bu həm də legitimlik üçün mühümdür" o əlavə edib.

Paşinyan yeni konstitusiyanın hazırlanması və qəbulu üçün vaxt çərçivəsi təklif etməsə də, "şübhə doğurmasın" deyə, ictimaiyyət tərəfindən səsverməyə qoyulmalı olduğunu deyib.

Baş nazir əlavə edib ki, o, parlament idarəetmə sistemini dəstəkləyir və onu Ermənistan üçün "ən uyğun" hesab edir.

Onun şərhləri Avropa İttifaqının nümayəndə heyətinə Ermənistanın konstitusiyasının yeniləməsi ilə bağlı məlumatlandırılmasından bir gün sonraya təsadüf edib.

Ermənistan Konstitusiyası 1995-ci ildə qəbul edilib. 2005 və 2015-ci illərdə konstitusiyada iki dəfə dəyişiklik edilib. İkinci düzəlişdən sonra ölkə yarı-prezident idarəçiliyindən parlament idarə üsuluna keçib.

2018-ci il inqilabı fonunda ölkəyə rəhbərlik edən liberal müxalifət lideri Paşinyan 2021-ci ildə keçmiş hakim elitanı devirən parlament sistemini təkmilləşdirməyə çalışan Konstitusiya İslahatları Şurası yaradıb.

Paşinyanın populyarlığı əsasən də 2020-ci il İkinci Dağlıq Qarabağ müharibəsində məğlub olması və 2023-cü ildə Azərbaycanın Qarabağı hərbi yolla ələ keçirməsi ilə əlaqədar son illərdə kəskin şəkildə aşağı düşüb. Bununla belə o, müxalifətdən daha populyar olaraq qalır.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG