Accessibility links

Paşinyan Azərbaycanla sərhədin demarkasiyasına başlandığını bildirib


Ermənistanın baş naziri Nikol Paşinyan keçən il Bakının Qarabağ üzərində nəzarəti geri qaytarmasından sonra iki ölkə arasında sülh razılaşmasına əsas maneə olan məsələlərdən biri olan Azərbaycanla sərhədin delimitasiyası və demarkasiyasına başlanıldığını bildirib.

Martın 18-də Azərbaycanla həmsərhəd Tavuş bölgəsinin sakinləri ilə görüşən Paşinyan sərhədin delimitasiyası və demarkasiyasında əsas məqsəd "müharibəyə yol verilməməsi" olduğunu deyib və əlavə edib ki, "Ermənistan Respublikasının dövlət sərhədinin haradan başladığı və ölkənin dövlət sərhədinin harada olacağına qərar vermək" məsələsi üzərində xüsusi komissiyalar işləyəcək.

Paşinyanla görüşdə iştirak edənlərin AzadlıqRadiosuna bildirdiklərinə görə, Ermənistan lideri yerli sakinlərin suallarına dəqiq cavab verməyib, yalnız onların bütün narahatlıqlarının nəzərə alınacağını bildirib.

Bu arada Azərbaycan Ermənistanın Tavuş rayonu və Azərbaycanın Qazax rayonuna yaxın olan 4 kəndin Azərbaycana verilməsində təkid edir.

Paşinyan sözügedən kəndlərin - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılxacılının de yure Azərbaycan ərazisində yerləşdiyini bildirib.

Yerli sakinlər deyirlər ki, dörd kənd Bakının tabeliyinə verilsə, onların kəndləri Azərbaycan əraziləri və sərhədçilər tərəfindən əhatə olunaraq, onların həyatını çətinləşdirəcək.

Yerli administrasiyanın rəhbəri Nver Beqlaryan deyib ki, ərazidəki bir neçə kəndin sakinləri bəzi yerli kəndlərin Azərbaycanın nəzarətinə keçəcəyi təqdirdə yolları bağlamağa və özünümüdafiə təşkil etməyə hazır olduqlarını bildiriblər.

Ermənistan və Azərbaycan arasında Sovet İttifaqı dağılandan bəri beynəlxalq səviyyədə Azərbaycan ərazisi kimi tanınan və əhalisinin əksəriyyəti etnik ermənilərdən ibarət Dağlıq Qarabağ bölgəsində, o cümlədən ətraf rayonlarda son otuz ildə iki müharibə baş verib.

1994-cü ildə başa çatan separatçıların hərbi əməliyyatları zamanı Dağlıq Qarabağ bölgəsi və ətrafındakı yeddi rayon əvvəlcə Ermənistan hərbi qüvvələrinin dəstəyi ilə etnik erməni qüvvələrinin nəzarətinə keçib.

2020-ci ildə isə Azərbaycan Ermənistan qüvvələrinin nəzarətində olan Dağlıq Qarabağ bölgəsinin bir hissəsini və ətrafındakı yeddi rayonu geri alıb.

2023-cü ilin sentyabrında birgünlük hərbi əməliyyat nəticəsində Bakı regiona tam nəzarəti ələ keçirdikdən sonra 100 minə yaxın etnik erməni Qarabağı tərk edərək Ermənistana qaçıb.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Putin Şoyqunu müdafiə naziri vəzifəsindən uzaqlaşdırıb
please wait

No media source currently available

0:00 0:11:15 0:00
XS
SM
MD
LG