Accessibility links

Savalan dağında tutulan güneylilərə işgəncə verilib


Savalan dağında həbs edilən güneylilər
Savalan dağında həbs edilən güneylilər

İnsan haqları qrupları və Azərbaycan veb səhifələri ötən həftə Savalan dağının ətəklərində İranın təhlükəsizlik məmurları tərəfindən həbs edilən güneyli fəalların işgəncə və pis rəftara məruz qaldığını bildirir.

İranda insan haqları pozuntuları haqqında məlumat yayan HRA agentliyinə istinadən, Ettelaat qüvvələri milli fəalların hər il keçirdiyi Savalan mərasimində iştirak etmək məqsədi ilə Savalan dağına doğru hərəkət edən bir çox fəal avqustun 15-də nəzarət altına alınıb.

Həbs edilən fəallardan Rəhim Qulami, Aydın Zakiri, Meysəm Covlani, Cəfər Rustəmi Rad, Səid Hüseyni, Həmid Qüvvəti, Həbib Nigəhban, İsa Əzizi, Həsən Covlani və Rza Qövminin adları yayılıb.

Tutulanlardan İsa Əzizi, Rza Qövmi və Həmid Qüvvətinin ötən bazar ertəsi günü zəmanət qarşılığında müvəqqəti azadlığa buraxıldığını bildirən Günaz TV digər məhbusların ruhi və fiziki basqılara məruz qaldığını vurğulayıb.

Yayılan məlumata görə, nəzarət altına alınan fəallar Xiyav (Meşginşəhr) şəhərində İran polisinə məxsus bir həbsxanaya göndərilib.

“Fəallar onları Meşginşəhrə köçürən məmurlar tərəfindən ağır şəkildə döyülüb və pis davranışlara məruz qalıblar,” deyə Güney Azərbaycan Televiziyasının veb səhifəsi bildirib.

Aydın Zakiri və bəzi digər məhbuslar aclıq aksiyasına başlayıb.

XS
SM
MD
LG