Accessibility links

`Yerevandakı hadisələrin əsas məqsədi ölkədə dəyişiklik yaratmaq idi`


`Paşinyanın qələbəsinə böyük inam var`
please wait

No media source currently available

0:00 0:03:53 0:00

Ermənistanda kütləvi etirazların lideri, deputat Nikol Paşinyan yenidən rəsmən baş nazir postuna namizəd irəli sürülüb. Paşinyanın bir neçə həftə bundan əvvəl başçılıq etdiyi etiraz nümayişləri nəticəsində ölkəni 10 il idarə etmiş keçmiş prezident Serj Sarkisyan parlament tərəfindən baş nazir seçildikdən sonra istefa verməyə məcbur olmuşdu. Ermənistandakı siyasi böhranın reginal təsirləri eskspertlərin diqqət mərkəzində qalır. Qafqaz bölgəsi üzrə təhlilçi, jurnalist Arsen Xaratyan Amerikanın Səsinin “Amerika icmalı” proqramında müsahibəsində Nikol Paşinyanın baş nazir postuna namizədliyi, Ermənistandakı durum və gözləntilərdən danışıb.

Amerikanın Səsi: Paşinyanın baş nazir vəzifəsinə namizədliyinin irəli sürülməsi necə qarşılandı? Və ümumiyyətlə, hazırkı vəziyyət haqda nə söyləyə bilərsiniz?

Arsen Xaratyan: Çox müsbət qarşılandı. İnsanlar bunu bayram edirdilər. Yerevanda çoxları, o cümlədən, çoxları hesab edir ki, bu, demək olar ki, qəti qələbədir. Belə ki, Respublikaçı partiya bildirdi ki, Paşinyanın baş nazir vəzifəsinə namizədliyinə səs verəcək. Əlbəttə ki, heç kəs mayın 8-də nə olacağını bilmir. Amma artıq Nikol Paşinyanın mayın 8-də baş nazir seçiləcəyi kimi bir fikir üstünlük təşkil edir.

Amerikanın Səsi: Hadisələrin inkişafı bu ssenari üzrə getsə, bunun ölkə üçün hansı nəticələri olacaq?

Əlbəttə ki, heç kəs mayın 8-də nə olacağını bilmir. Amma artıq Nikol Paşinyanın mayın 8-də baş nazir seçiləcəyi kimi bir fikir üstünlük təşkil edir.

Arsen Xaratyan: Bunu başa düşmək lazımdır ki, Paşinyan rəsmi olaraq hakimiyyətə çox sayda insanın küçələrə çıxması və ölkədə Serj Sarkisyanın hakimiyyətinin davam etməsinə etiraz etməsindən sonra gələ bilər, ya da gələcək. Əsas proqram və xalqa deyilən əsas mesaj islahatlar, korrupsiyaya qarşı mübarizə, effektiv idarəetmə kimi məsələlərdən ibarətdir. Yerevanda baş verənlərin əsas məqsədi ölkədə dəyişiklik yaratmaq və demokratikləşməyə nail olmaq və bunun iqtisadiyyatın effektiv inkişaf etməsinə, eləcə də Ermənistanın və bütünlüklə regionun inkişafına yol açması üçün ölkəni düzgün yola qoymaqla bağlıdır.

Amerikanın Səsi: Ölkədə hazırda ümumi durum necədir? Siz adi insanlarla görüşürsünüz. Onlar sizə durumla bağlı nə söyləyir?

Arsen Xaratyan: Mən deyə bilərəm ki, aprelin 23-də Serj Sarkisyanın istefa verdiyi gündən başlayaraq, insanlar demək olar bayram edir. Olduqca maraqlı bir vəziyyətdir. Tam bayram atmosferidir. İnsanlar azadlıq havası ilə nəfəs alır. Ölkədə ab-hava, atmosfer olduqca pozitivdir. İnsanlar deyə bilərəm ki, harmoniya içində bayram edirlər.

Amerikanın Səsi: Hadisələr başlayandan təhlilçilər bunun regional təsirlərini araşdırır. Sizcə, hadisələrin mümkün regional təsirləri nədən ibarət ola bilər?

Hansısa üçüncü qüvvənin, ya da regionun oyunçularının proseslərə qatılmaması Ermənistanda olduqda müsbət qarşılanır.

Arsen Xaratyan: Mənim fikrimcə, bu, regionda, Azərbaycanda, Gürcüstanda və ümumiyyətlə bütünlüklə regionda demokratikləşmə prosesinin davamı ola bilər. Ona görə ki, bu proses xalqın real olaraq ölkədə hakimiyyəti dəyişməsi üçün mexanizmlər və imkanların mövcud olduğunu göstərdi. Mən hesab edirəm ki, bunun bütünlüklə bütün region üçün olduqca müsbət təsirləri ola bilər.

Amerikanın Səsi: Təhlilçilər rəsmi Moskvanın hadisələrə qeyri-aktiv şəkildə reaksiya verdiyini qeyd edir. Ermənistanın siyasi dairələrində və adi insanlar arasında Rusiyanın reaksiyası ilə bağlı hansı əsas fikirlər söylənilir.

Arsen Xaratyan: Fikrimcə, hansısa üçüncü qüvvənin, ya da regionun oyunçularının proseslərə qatılmaması Ermənistanda olduqda müsbət qarşılanır. Hamıya aydındır ki, Rusiya bu prosesə müdaxilə etməyəcək. Bu da o deməkdir ki, onlar ölkədə hazırda mövcud olan hakimiyyəti saxlamağa çalışmayacaq. Və bu da yəqin ki onunla bağlıdır ki, Rusiya da bütün başqa oyunçular kimi, istər Avropa İttifaqı, istər Birləşmiş Ştatlar, istərsə də regional oyunçular kimi yaxşı başa düşür ki, erməni xalqı və Ermənistan vətəndaşlarının inamını itirmək istəmirlərsə, qeyri-legitim, qeyri-populyar hakimiyyətin arxasında dayanmaq istəməyəcək.

XS
SM
MD
LG