Accessibility links

Artıq kubalılar mobil internetdən istifadə edə biləcək


Artıq kubalılar mobil internetdən istifadə edə biləcək
please wait

No media source currently available

0:00 0:01:39 0:00

Artıq kubalılar mobil internetdən istifadə edə biləcək

Dövlət telekommunikasiya şirkəti olan ETECSA-dən verilən məlumata görə, uzun zamandan bəri qərb yarımkürəsinin ən az rabitəyə malik ölkələrindən biri olan Kuba üçün bu hadisə mühüm mərhələnin başlanğıcı hesab etmək olar.

Adanın 11,2 milyon sakininin təxminən yarısının mobil telefonu olsa da, onların çox az qismi mobil internetin xərcini qarşılaya biləcək.

ETECSA rəhbərləri 600 mb-ı 7 dollara və ya 4 gb-ı 30 dollara olan aylıq paketləri açıqlayıblar. Aylıq paket istəməyənlər isə 100 mb internet üçün 10 dollar ödəməlidirlər.

Dekabrın 6-sı səhər saat 8 bizim üçün xüsusi bir vaxt olacaq. Mobil telefonlarda internet xidməti işə düşəcək. Bu insanların uzun müddətdir gözlədiyi bir şey idi. Bu hadisə ticariləşmədə vacib bir xüsusiyyətə çevriləcək." - deyə, ETECSA şirkətinin vitse-prezidenti Tanya Velazkez bildirib

Kuba uzun müddətdir nağd pul qıtlığı və ABŞ-ın ticarət embarqolarına görə internətə çıxış baxımından çox ölkədən geri qalır.

2013-cü ilə qədər bu adada internet ancaq turistlər üçün olan müəyyən hotellərdə istifadə olunurdu.

Lakin son 5 ildir ki, hökumət yavaş-yavaş rabitə və texnologiya sahəsini prioritetləşdirməyə, açıq yerlərdə Wi-Fi şəbəkələri quraşdırmağa və evlərə internet çəkdirməyə başlayıb.

"Bu möhtəşəmdir. Evdəsən və internetə qoşulursan. Artıq bunun üçün parka gəlməyə ehtiyac olmayacaq." - deyə, kubalı tələbə Vendi Edikson qeyd edib.

Kubalıların bəziləri məxfiliyin qorunmadığı ictimai hotspotlarda kompüter viruslarının olmasından şikayətlənir.

ETECSA şirkətinin vitse-prezidenti Tanya Velazkez bildirib ki, bu ilin əvvəlində mobil internet sınaqları zamanı meydana gələn şəbəkə yüklənməsindən qaçınmaq üçün şirkət bir neçə gün ərzində xidmətini dayandıracaq.

Bəzi kubalılar testlər zamanı zəng edə və ya mesaj göndərə bilmədiklərini bildirib.

Aprel ayında Raul Kastronu əvəz edən prezident Migel Diaz-Kanel internetin iqtisadiyyatı daha da gücləndirmək və Kubanın öz inqilabını onlayn şəkildə daha yaxşı müdafiə etməyə imkan verdiyini vurğulayır.

Yeni prezidentin oktyabr ayında Twitter hesabı açması insanların sevincinə səbəb olub. Daha sonra isə bir çox dövlət rəsmiləri də onun ardınca sosial mediada aktiv olmağa başlayıb.

XS
SM
MD
LG