Accessibility links

Heykəllər buz meydançasına əlavə gözəllik qatır


Heykəllər buz meydançasına əlavə gözəllik qatır
please wait

No media source currently available

0:00 0:02:35 0:00

Heykəllər buz meydançasına əlavə gözəllik qatır

Yetərincə soyuduqda su donaraq buz olur. Yayda Vaşinqtondakı muzeyin Heykəl Bağındakı fəvvarə, qışda konki sürmək üçün buz meydançası olur.

Bir çox amerikalı üçün qış buz üstünə çıxmaq zamanıdır. Ölkə boyu şəhərlər həm qapalı, həm də açıq buz meydançaları təşkil edir. Paytaxt Vaşinqtonda ən azı 8 buz meydançası var. Onlar ən məşhuru Milli İncəsənət Qalereyasının Heykəl Bağında yerləşir.

Zamboni (buzu hamarlaşdıran maşın) iki santimetr buzu parlaq bir səthə çevirdikdən sonra buz meydançası konki sürənlər üçün hazırdır. Onlar iki saatlıq ödəniş edirlər, lazım gələrsə konki də kirayə götürə bilərlər.

Buz meydançası 1999-cu ildə açıldıqdan sonra məşhur qış məkanına çevrilib. Bura nəinki yerli əhalini və turistləri özünə cəlb edir, bura öz bacarıqlarını daha yüksək səviyyəyə çatdırmaq istəyən peşakarlar üçün də gözəl məkandır.

Onların arasında 8 yaşlı Bella Porter də var. O, buz üzərinə 2 yaşından əvvəl çıxıb və son 4 ildir ki, professional olaraq buz üzərində konki sürür.

"Bunun açıq havada olmasını sevirəm. Təmiz hava ilə nəfəs ala bilməyimi sevirəm. Və bu heykəlləri və ətrafdakı hər şeyi çox sevirəm”, Bella Porter deyir.

Bellanın anası Emma Porter burada konki sürmə dərsləri keçir. O həm uşaqlara, həm də böyüklərə dərslər götürərək buz üzərində daha çox özünə inam yaratmağa kömək edir.

"Cümə günü günortalar biz qəhvə ilə konki sürmə klubu keçirdirik. Bu 45 dəqiqəlik dərsdir və daha çox ünsiyyətdir. Müxtəlif təbəqədən olan insanlar buraya gəlib konki sürüb qəhvə və ya isti şokolad içərək vaxtlarını gözəl keçirə bilər. Konki sürənlərimizə buz meydançasından kənarda rahatlıq yaradırıq. Təhlükəsiz yıxılmağı və qalxmağı öyrədirik, bu, az da olsa qorxunu götürür”, Vaşinqton Elit Konkisürmə məktəbindən Emi Porter deyir.

Milli İncəsənət Qalereyası ziyarətçilərin konki sürərkən muzeyin kolleksiyaları ilə əhatə olunmaqları üçün Heykəl Bağının ətrafı boyunca Avropa və Amerikalı incəsənət ustalarının heykəlləri düzülüb. Bu Nyu York heykəltaraşı Roksi Paynin paslanmaz polad ağacı “Qraft” adlanır.

Fransa-Amerikalı sənətkar Luis Burjua öz hörümçək heykəlləri ilə məşhurdur. Onlardan biri burada buz meydançasının kənarında yer alıb. Uelsadən olan Berri Flanaqanın bu bürünc dovşanı “Daş üzərində düşünən” adlanır.

Konki sürmə istəməyən ziyarətçilər 21 heykəlin yer aldığı bu Heykəl Bağında sadəcə oturub bir dilim pizza və ya bir fincan isti şokoladla ətrafa seyr edə bilər.

XS
SM
MD
LG