Accessibility links

Artan zorakılıqlar BMT-nin Qəzzəyə humanitar yardım çatdırmasına əngəl törədir


Birləşmiş Millətlər Təşkilatının idarələri Fələstin ərazisi ilə İsrail arasında gərginliyin artması fonunda Qəzzənin iki milyona yaxın sakininə yardım çatdırmaqda çətinlik çəkdiklərini bildirirlər.

BMT rəsmiləri münaqişənin həm Fələstin həm də İsrail tərəfində mülki vətəndaşlar arasında tələfatların sayının artması ilə bağlı narahatlıqlarını dilə gətirir. Qəzzənin səhiyyə nazirliyi bildirir ki, 199 fələstinli, o cümlədən 31 uşaq ölüb, 830 nəfər xəsarət alıb. İsraildə isə bir altı yaşlı uşaq və bir əsgər daxil olmaqla yeddi nəfərin öldüyü bildirilir.

BMT-nin Humanitar İşlərin Koordinasiyası idarəsi (OCHA) sıx məskunlaşmış Qəzzədə 200-dən çox yaşayış mənzilinin dağıldığını və ya ciddi zərər gördüyünü bildirib. İdarənin sözçüsü Yens Larke deyib ki, döyüşlər nəticəsində 31 təhsil müəssisəsində, o cümlədən məktəblər, peşə təlimi mərkəzləri və ali təhsil müəssisələrində dərslər dayandırılıb.

“Əksəriyyəti Qəzzədəki qaçqın düşərgələrindən olmaqla yüzlərlə insan BMT-nın Yardım və İşlər Agentliyinin (UNRWA) məktəblərində sığınacaq axtarır. UNRWA bildirir ki, idarə məktəbləri tez bir zamanda sığınacağa çevirmək təcrübəsinə malikdir, amma pandemiya və insanların sıx olub, virusu yaymaq riski çətinlik törədir,” Larke deyib.

O əlavə edib ki, Şimali Qəzzə Dəniz suyunun Duzsuzlaşdırma Zavodu hələ də işləmir və bu da təxminən 250 min insanın təmiz suya çıxışına əngəl törədir. O deyib ki, İsrailin bir neçə gün öncə Eroz və Kerem Şalom keçidlərini bağlaması məhsullar və yanacaqların Qəzzəyə daxil olmasının qarşısını alır və əhalinin üzləşdiyi çətinlikləri artırır.

“Humanitar qurumlar ərazidə yardım göstərməyə davam edir, amma hazırkı təhlükələr mühüm xidmətlərin çatdırılmasını, o cümlədən COVID-19-a qarşı mübarizəni əhəmiyyətli çəkildə məhdudlaşdırır.” Hər gün keçirilən testlərin sayı kəskin şəkildə azalıb və insanlar müalicə və vaksinasiya mərkəzlərinə çıxış əldə edə bilmirlər,” Larke deyib.

OCHA işğazl olunmuş Fələstin ərazisi və İsraildə zorakılıqların dərhal de-eskalasiyasına çağırır. Qurum münaqişə tərəflərinin mülki vətəndaşları qorumaq və ehtiyacı olan insanlara humanitar yardımın çatdırılmasına imkan vermək öhdəlikləri var.

İsrail Həmas və Qəzzədəki başqa qrupları tərəfindən ağır raket hücumlarına məruz qalıb. ABŞ prezidenti Co Bayden İsrailin özünü müdaifə etmək hüququna dəstəyini ifadə edib, amma deyib ki, o, döyüşlərin “tez bir zamanda” bitəcəyinə ümid edir.

BMT-nin Təhlükəsizlik Şurasının bazar günü İsrail və Qəzzədə vəziyyəti müzakirə etmək üçün görüş keçiriəcəyi gözlənilir. ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfild deyib ki, Birləşmiş Ştatlar gərginliyi azaltmaq üçün ən yüksək səviyyədə diplomatiya aparacaq.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG