ABŞ Dövlət Departamentinin Avropa və Asiya məsələləri üzrə Bürosunun Qafqaz və Regional Münaqişələr üzrə Ofisinin direktoru Castin Fridman Azərbaycana gəlib.
APA agentliyinin məlumatına görə, Castin Fridman Bakıya Cənubi Qafqaz turnesi çərçivəsində gəlib. O, Azərbaycan paytaxtında rəsmi şəxslər, vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşlər keçirəcək. Görüşlərdə təhlükəsizlik, energetika və demokratik islahatlar sahəsində ikitərəfli əməkdaşlığın inkişafı, həmçinin regional məsələlər müzakirə olunacaq. Səfər oktyabrın 7-də başa çatacaq.