Accessibility links

ABŞ prezidenti yeni tədris planını açıqlayıb


ABŞ prezidenti yeni tədris planını açıqlayıb
ABŞ prezidenti yeni tədris planını açıqlayıb

ABŞ prezidenti Barak Obama deyib ki, indi Amerikanı təhsil sahəsində qibtəediləcək bir ölkəyə çevirmək vaxtıdır. Bu gün ştatlara daha artıq səlahiyyət verən tədris planını açıqlayan dövlət başçısı sələfinin təhsil sistemində apardığı islahatları təqdirəlayiq adlandırıb. Lakin o deyib ki, 2002-ci ildə sabiq prezident Corc Buş tərəfindən imzalanan “Heç bir uşa arxada qalmamalıdır” adlı qanunda bir sıra qüsurlar var və qanun artıq effektivliyini itirib. ABŞ prezidenti deyib ki, Amerikada şagidlərin 25 faizi orta təhsilə malik deyil və Amerika ali təhsil baxımından dünyada 16-cı yerdədir. Respublikaçılar Barak Obamanın yeni planını tənqid edərək, onun təhsil nazirinə “qaliblər və məğlub olanları” seçmək kimi hədsiz səlahiyyət verdiyini bildirir.

XS
SM
MD
LG