Accessibility links

Belarusda prezidentliyə sabiq namizədlər həbsə məhkum edilib


Belarusda prezidentliyə sabiq namizədlər həbsə məhkum edilib
Belarusda prezidentliyə sabiq namizədlər həbsə məhkum edilib

Belarusda prezidentliyə sabiq namizədlər Nikolay Statkeviç 6, Dmitri Uss isə 5 il yarım müddətinə azadlıqdan məhrum edilib. Bu, prezident Aleksandr Lukaşenkonun opponetlərinə qarşı növbəti hökmdür. Onlar dekabr ayının 19-da seçkilərə etiraz aksiyası zamanı həbs edilib və kütləvi iğtişaşların təşkilində ittiham edilib. İnsan hüquqları müdafiəçisi, sabiq prezidentliyə namizəd Andrey Sannikov da daxil edilməklə, digər 3 namizəd bundan əvvəl 5 il müddətinə həbsə məhkum edilmişdi. Qərb hökumətləri və müxalifət qrupları Belarus hökumətinin repressiyalarını kəskin tənqid edir. ABŞ və Avropa İttifaqı Lukaşenko hökumətinə qarşı sanksiyalar tətbiq edib.

XS
SM
MD
LG