Accessibility links

Con Brennan:Amerika Əl-Qaidəni hədəf almaqda davam edəcək

Con Brennan:Amerika Əl-Qaidəni hədəf almaqda davam edəcək
Con Brennan:Amerika Əl-Qaidəni hədəf almaqda davam edəcək

Ağ Evin əks-terrorizm və daxili təhlükəsizlik məsələləri üzrə müşaviri Con Brennan Amerikanın istəyi və imkanı olmayan ölkələrdə Əl-Qaidəni hədəf almaqda davam edəcəyini deyib. Harvard universitetindəki çıxışı zamanı müşavir bildirib ki, ABŞ Əfqanıstanda olduğu kimi Əl-Qaidəyə qarşı mübarizəni hərbi gücdən istifadə etməkdə görmür. O əlavə edib ki, Amerika istədiyi vaxt və istədiyi yerdə gücdən istifadə edə bilməz. Ağ Evin əks-terrorizm və daxili təhlükəsizlik məsələləri üzrə maşaviri vurğulayıb ki, ABŞ beynəlxalq qanuni prinsiplər, ölkələrin suverenliyi və müharibə qanunlarına ehtiram göstərməklə xarici ərazilərdə gücdən istifadə edə bilər.

This item is part of
XS
SM
MD
LG