Danimarka və İsveç məhkəmələri Kopenhagen qəzetinin redaksiyasında “Mumbaysayağı” terror hücumu planlaşdıran dörd nəfərin saxlanmasına əmr verib. Üç nəfər Danimarkada, dördüncü şübhəli isə İsveç paytaxtı Stokholmda saxlanılır. Hər iki ölkənin kəşfiyyat qüvvələrinin koordinasiyalı səyləri sayəsində Danimarkanın Jyllands-Posten qəzetinin redaksiyasına hücumun qarşısını almaq mümkün olub. Danimarkada saxlanılanlardan biri Tunis, ikisi isə İsveç vətəndaşıdır. Onlar qəzetin Məhəmməd peyğəmbərin karikaturasını dərc etməsinə qəzəbləniblər.