Accessibility links

HIV ötürücülərinin qarşısını ala bilən iki qüvvətli insan əks cisimləri aşkar olunub


Tapıntını xəstəliyinə nəzarət edən HIVdaşıyıcısının qanından götürülmüş əks cisimlər mümükün edib

ABŞ-ın Milli Səhiyyə İnstitutundan bir qrup alim labaratoriyada demək olar ki, məlum olan hər növ HIV ötürücülərinin qarşısını alan iki qüvvətli insan əks cisimləri aşkar ediblər. Tapıntını xəstəliyinə nəzarət edən HIVdaşıyıcısının qanından götürülmüş əks cisimlər mümükün edib. Bunun sevindirici xəbər olmasına baxmayaraq, tədqiqatçılar tapıntının müalicə yolunda atılan növbəti addım kimi qiymətləndirir. Yeni tapıntılar nəhayət ki, vaksinin əldə edilməsinə yol aça bilər. Maraqlı haldir. HIV- virusuna yoluxmuş insan xəstələnmir. Milli Alergiya və İnfeksiya Xəstəliklər İnstitutunda tədqiqatçılar müşahidə etmə yolu ilə virusun öhtəsindən necə gəldiyini öyrənmək məqsədi ilə onun qanından nümunə götürərək tədqiq edirlər başqaları belə tez təslim olan halda . Çox az faiz , bir faizdən də az HIV- virusuna yoluxmuş insan bu kateqoriyaya aiddir. Onlar yeddi ilə 12 il arasında yaşayırlar. Doktor Antoni Fausi Milli Alergiya və İnfeksion Xəstəliklər İnstitutunun direktorudur. O, həmin xəstəni və ona oxşar vəziyətdə olan xəstələri “elitar, uzunmüddətli qeyri-proqressiv adlandırır. Onlar HIV xəstələrinin müalicəsində çox mühüm ola bilərlər. Güclü əks cisim müqaviməti göstərən insan çox azdır. O, HIV viruslarının 90 faizindən çoxunu ya neytrallaşdıra, ya da tamamilə qarşısını ala bilir. Bu Milli Allergiya və İnfeksion Xəstəliklər İnstitutunun Vaksin Tədqiqat Mərkəzidir. Burada alimlər xəstənin qanında VRC01 və VRC02 adlanan təbii yolla yaranan əks cisimləri aşkar ediblər. Onlar virusun yayılmasının qarşısını ala bilən yalnız əks cisimləri yaradan spesifik hüceyrələri müəyyən edib, ayırmaq üçün xüsisi üsuldan istifadə ediblər. Burada göy və yaşıl rənglərdə olan əks cisimlərdən birinin atom quruluşunun boz və qırmızı rənglərdə göstərilən HIV-yə birləşməsini əks etdirilir. Həkim Fauci bildirib ki, tədqiqatın növbəti mərhələsi əks cisimlərin klonlarını HIV-yə yoluxmuş xəstələrin bədənlərinə yeritmək və ya hamilə qadınlarda virusun ana bətnində ikən körpələrə keçməsinin qarşısını almaq üçün əks cisimlərdən istifadə etməkdir. Alimlər bildirib ki, onların əsas məqsədi əslində virusu aradan qaldırmaq üçün vaksin yaratmaqdır. Hər il dünyada 2.7 milion insan bu xəstəliyə düçar olur. Iki milion insan hər il bu xəstəlikdən həlak olur. Hər dəfə bir nəfəri biz terapiyaya qoyanda, iki və ya üç yeni insan xəstəliyə düçar olur. O deməkdir ki, bizə infeksiyanın qarşısını almaq uçun bir üsul lazımdır. Tarixən vaksin yolu ən effektiv üsul olub.

Bu vaksini yaratmaq hələ bir neçe il çəkəcək.


XS
SM
MD
LG