Pakistanın kəşfiyyat xidmətinin rəhbəri bu gün amerikalı həmkalı ilə görüşmək üçün Vaşinqtondadır. General Əhməd Şuca Paşa ABŞ-ın Mərkəzi Kəşfiyyat Agentliyinin direktoru Leon Panetta ilə regional təhlükəsizlik məsələsini müzakirə edəcək. Lakin müzakirələrin detalları haqda geniş məlumat verilməyəcək. Generalın Vaşinton səfəri tərəflər arasında əks-terrorizm tərəfdarşlığında gərginlik yaşandığın bir vaxta təsadüf edir. Pakistanın kəşfiyyat xidmətinin rəhbəri Vaşinqtona Ağ Evin Pakistanı taliblərin dəf edilməsində lazımı işlər görməməkdə günahlandırmasından bir həftə sonra səfər edir.